Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


22.12.2022  10:30 

Cennifer Lopez dərisinə necə qulluq edir? - Video





A+  A-

53 yaşlı amerikalı aktrisa və müğənni Cennifer Lopez dərisinə necə qulluq etdiyini və sağlam görünüşünü qoruduğunu danışıb.

XəzərNews.az xəbər verir ki, Lopezin bu barədə videosu Amerika nəşrinin YouTube kanalında yerləşdirilib.

Lopez etiraf edib ki, həmişə dərisinə çox sadə qulluq proqramı olub.

Aktrisa qeyd edib ki, o, dərisinin təmizlənməsinə xüsusi diqqət yetirir və hər gün günəş kremindən istifadə edir. O, SPF filtrli nəmləndirici ilə masajı üzünü gənc saxlamaq üçün əvəzsiz şərt adlandırıb.

Lopez gözəl görünüş üçün kifayət qədər dincəlməyin vacib olduğunu vurğulayıb:

"Dünyadakı bütün makiyajlardan istifadə edə bilərsiniz, amma bədbəxtsinizsə, dəriniz sağlam deyilsə, bunu gizlədə bilməzsiniz".

O, təkcə üz üçün deyil, həm də bədən üçün lazımi qayğıya diqqət yetirdiyini, bunun üçün də serum və kremdən istifadə etdiyini bildirib.

XəzərNews.az



Xəbər 1045 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +