Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


20.10.2018  17:53 

“Star” neft emalı zavodu Türkiyədə ilk oldu





A+  A-

Dünən Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində açılan “Star” neft emalı zavodu Türkiyənin ilk özəl sənaye zonası elan edilib.
XəzərNews.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varank yazılı məlumat paylaşıb:

““Star” Türkiyədə ən böyük real özəl sektor sərmayəsidir. Neft-kimya sahəsindəki investisiyalar yüksək dəyərli istehsal, məşğulluq imkanları və ödənişlər tarazlığı baxımından son dərəcə əhəmiyyətlidir. Burada dizel, təyyarə yanacağı, nafta, LPG və digər neft məhsulları istehsal ediləcək. Beləliklə, xaricdən asılılıq ildə 1,5 milyard dollar azalacaq.

Ölkəmizin iqtisadiyyatı SOCAR kimi beynəlxalq şirkətlərlə qurulan əməkdaşlığın genişləndirilməsi sayəsində daha yüksək səviyyələrə qalxacaq. Türkiyəyə xeyirli olsun”.

Qeyd edək ki, zavodun açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Xəbər 1270 dəfə oxunub.




17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +