Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


28.03.2023  18:17 

Fərhad Əhmədovla İosif Priqojini Putinə kim satıb?





A+  A-

Ötən həftə Ukrayna mətbuatında Fərhad Əhmədovla İosif Priqojinin adına çıxılan 35 dəqiqəlik telefon söhbəti yayıldı. Bu barədə pressklub.az-da məlumat vermişdi. İndi musiqi prodüseri, əvvəllər daha çox müğənni Valeriyanın əri kimi tanınan İosif Priqojin Rusiyada “vaqnerçi” soydaşı Yevgeniy Priqojindən də məşhur olub, hətta “Quql”da axtarışda birinci çıxır.

Telefon söhbətində tərəflər Putin və onun Ukraynada apardığı müharibə haqqında kəskin fikirlər söyləyib, senzuradan kənar ifadələr işlədiblər:

“Onu (Putini – red.) bu *** salıblar. O özü-özünü salıb. Düzünü desəm… Axı, ***, dayanaydı, Nobel mükafatını alıb, çıxıb *** gedəydi. Onsuz da, ***, hesab elə, ölkəni verdi. Onu *** verdi. Heç nə də edə bilmərik. Bizi ***, ***. Variantımız yoxdur, ***. Yəni, hətta o *** düyməni bassa belə, ***, bu halda bütün millətin *** gələcəyi yoxdur. Vəssalam.” (Səs yazısından).

Hazırda Azərbaycanda olduğu deyilən Fərhad Əhmədov səs yazısı ilə bağlı kompromata reaksiya vermədi. Rusiyada olan İosif Priqojin isə təşviş içində ziddiyyətli izahatlarla çıxış etməyə başladı. Prodüser ilk növbədə süni intellekti ittiham etdi, bildirdi ki, düşmənləri onun fikirlərini neyroşəbəkələr vasitəsi ilə kompüterdə saxtalaşdırıblar, milyarder-senatorla söhbətindən ayrı-ayrı ifadələri bir-birinə calayıb “əsl patriota” tələ qurublar: “Keyfiyyət o qədər yüksəkdir ki, az qala özüm də inanmışdım”. “Fontanka” nəşrinə müsahibəsini isə Priqojin belə yekunlaşdırıb: “İndi elə bir şokdayam ki, bu ***-la necə yaşayacağımı anlaya bilmirəm”.

Amma bu bəhanələri heç kim ciddi qəbul etmir. Əslində, söhbət zamanı səslənən fikirlərə təəccüblənən də yoxdur. Rusiyanın elit təbəqələrində təmsil olunmuş, Qərbin sanksiyaları nəticəsində Avropa paytaxtlarında cənnət həyatını itirmiş “məşhurlardan” kim belə düşünmür, kimin ağlına bu cür fikirlər gəlmir ki? Təəccübləndirən başqa şeydir: bu iki tanınmış şəxs açıq telefon danışığında ehtiyatı bu dərəcədə əldən veriblər? Dəli olublar?

Ehtimala görə, danışıq açıq xətlə olmayıb (daha çox populyar “WhatsApp” messencerinə işarə edilir). Bəs onda hansı qüvvə bu söhbətə qulaq asa, lentə yaza, Ukrayna mətbuatına ötürə bilərdi? Cavab sadə görünür: ABŞ kəşfiyyat idarələri. Kompromatı Rusiya mediasına verməyin mənası yox idi. Hazırkı şəraitdə orada heç kim belə materialı yaymaq cəsarətində buluna bilməzdi. Odur ki, Ukrayna telekanalı seçildi.

Rusiyanın adının çəkilməsini istəməyən təcrübəli media mütəxəssislərindən biri mənbə axtarışında Putinin sözlərini yada salır: “Əgər siz messencerlə danışırsınızsa, sizi amerikalılar dinləyirlər”. Sonra o, zəngin təcrübəsindən çıxış edərək, əlavə edir: “Lakin mobil telefonla danışırsınızsa, əmin olun ki, sizi Rusiya kəşfiyyatçıları özləri dinləyirlər. Odur ki, fikrinizi açıq bildirmək istəyəndə seçiminizi edin: onlardan hansının əlində özünüzü daha təhlükəsiz hiss edirsiniz? Bununla belə, tam təhlükəsizlik baxımından sizə başqa məsləhət verərdim: dilinizi boş qoymayın. Sovet vaxtı bir ifadə var idi: “Ağıllı adamın həmişə telefonda deməməyə sözü var”.

Rusiya müxalifətinin lideri Aleksey Navalnının yaxın adamlarından Vladimir Milov bütün bu əhvalatın gerçəkliyinə şübhə ilə yanaşır. Onun fikrincə, “belə şeylər”i “belə dairələrdə” heç kim nə telefonla, nə messencerlə müzakirə edər. Müxalifətçi “Twitter” hesabında yazır ki, Əhmədovla şəxsən tanışdır, bilir ki, o nə xislətli adamdır və “belə danışa bilməz”.

Politoloq Tatyana Stanovaya isə bu şübhələri bölüşmür və “Teleqram” hesabında yazır ki, indi İosif Priqojinin “bir neçə yolu” var: sözünün üstündə durmaq, yazının feyk olduğunda israr etmək (bu isə getdikcə çətinləşir, artıq “hərif” hətərən-pətərən danışır), başına kül ələmək və ultrapatriotizmə yuvarlanmaqla günahını yumaq (yəni, Medvedevdən misal götürmək), yaxud qaçıb gizlənmək. Politoloqa sonuncu yol daha real görünür./Press Klub

Xəbər 932 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +