Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


14.01.2019  23:54 

Eks-nazirin Bakıdakı otel və əməlləri ilə bağlı ŞOK FAKTLAR açıqlandı





A+  A-

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun mal-mülkünə dair yeni faktlar ortaya çıxıb.
XəzərNews.az xəvər verir ki, sabiq nazirin qohumu olan keçmiş həkim Abbas Zeynalov “Virtualaz.org”a Bağırovla bağlı sensasion faktlar açıqlayıb.

A.Zeynalov deyib ki, o Hüseynqulu Bağırovun ögey xalası oğludur və keçmiş naziri hələ uşaqlıqdan yaxşı tanıyır. “Onun adı əslində Sonqulu idi, sonralar dəyişib Hüseynqulu yazdırdı”- Zeynalov deyir.

A.Zeynalov bildirir ki, əvvəllər həkim işləyib, sonradan isə “hamı kimi” o da qərara alıb ki, biznesə başlasın. Və Hüseynqulu Bağırovun ekologiya və təbii sərvətlər naziri təyin olunmasından az sonra, təxminən 2000-ci illərin ortalarında Bakıda onun təklifi ilə otel tikintisinə başlayıb.



A.Zeynalovun danışdıqlarından: “Bakı Dövlət Sirkindən bir az aşağıda, “Təzə bazar”ın yaxınlığında çoxillik ağaclardan ibarət park var idi. Orada çayxana fəaliyyət göstərirdi, əsasən “Qorotdel”İn (Bakı Baş Polis İdarəsi) əməkdaşları yığışırdı. Bir gün Sonqulu dedi ki, gəl şərik olaq, bu parkın yerində otel tikdirək. Mən təəcübləndim, dedim bəs ağaclar necə olacaq? Dedi sənlik deyil, onu mən həll edəcəm. Ona inandım, dedim nazir adamdır, yəqin boşuna söz deməz. Doğrudan da bir gecənin içində parkdakı 80-dən artıq çoxillik ağacı kəsdirdi, yox elədi. Başladım “Central Park” adlı otelin tikintisinə. Çayxananın sahibi ilə hallalaşıb pulunu verdim, yaxınlıqda yaşayan sakinlərdən narazılıq edənlər vardı. Onları da razı saldım. Haradasa 5 mərtəbəyə qədər tikmişdim ki, Sonqulu məni çağırdı. Dedi nüfuzlu adam var, bu layihədən xoşu gəlib. Ona görə də sən çəkil, işləri təhvil ver. Etiraz etmədim, dedim olsun, amma çəkdiyim xərci gərək ödəyəsən. Dedi narahat olma, nə qədər xərc çəkmisənsə ödəniləcək”.

Keçmiş nazirin qohumu deyib ki, otel tikintisini müqavilə əsasında H.Bağırovun göndərdiyi başqa şirkətə təhvil verib. Amma aradan xeyli keçsə də çəkdiyi xərc (təxminən 500 min dollara yaxın) ödənilməyib. Nazir hər dəfə bir bəhanə gətirib, pulların ödəniləcəyini deyib. Nəhayət otel tikintisi tamamlanıb və günlərin birində Zeynalov obyektin yanından keçəndə H.Bağırovun oğlu Lətifi orada görüb.

“Dedim Lətif, bala, burda nə edirsən? Dedi atam bu oteli mənə verib, bura bizimdir. Heyrətə gəldim, axı Sonqulu mənə o vaxt tamam başqa şey demişdi. Zəng vurdum ki, Sonqulu, bu nə məsələdir, oteli özünə tikdirmisənsə bəs mənim pulumu niyə ödəmirsən? Kobud cavab verdi, hədələdi ki, başına oyun açdıraram, nə pul, nə filan...”-Zeynalov deyib.



Keçmiş nazirin qohumu danışıb ki, Hüseynqulu Bağırovdan dəfələrlə pullarını tələb etsə də nəticəsi olmayıb. Əvəzində isə nazir onun Quba rayonunda hələ sovet dövründən fəaliyyət göstərən “Orman” adlı mövsümi istirahət mərkəzini yerlə bir etdirib.

“Bir gecənin içində sökdülər, dedilər guya qanunsuz imiş. Hansı ki, obyektin hələ sovet hökumətinin dövründən qanuni icazəsi , bütün sənədləri var idi. Amma Hüseynqulu Bağırovun göstərişi ilə heç bir məhkəmə qərarı olmadan 2016-cı ildə sökdülər”- Zeynalov bildirib.

Bu da yetməyib, H.Bağırov öz qohumunun barəsində hansısa qurama ittihamla cinayət işi də açdırıb. Həmin cinayət işi üzrə Zeynalovu həbs etməsələr də xeyli get-gələ salıblar. Proses Bağırov nazir vəzifəsindən azad edilənə qədər davam edib.



“Azərbaycanda Sonqulu kimi korrupsioner, tamahkar və hiyləgər ikinci məmur tanımıram. Onun əməllərinin üzə çıxmasını illərdir gözləyirdim. Axırda haqq yerini tapdı. Avropadakı, Türkiyədəki biznesi üzə çıxdı. Mən deyərdim ki, açıqladığınız bu faktlar hələ aysbergin görünən tərəfidir”- Zeynalov deyib.

O bildirib ki, Bağırovlar ailəsinin Avropadakı və Türkiyədəki çoxsaylı şirkətlərində payçı kimi adı keçən Liana Bağırova keçmiş nazirin arvadıdır. Və Hüseynqulu Bağırovun biznes imperiyasını idarə edən əsas fiqurdur. Keçmiş nazirin bacısı, onun ailə biznes imperiyasına daxil olan Qərb Universitetinin vitse-prezidenti statusunu daşıyan Duriyyə Nuriyeva isə Zeynalovun dediyi kimi “adi, biznesdən-filandan başı çıxmayan” qadındır. Sadəcə keçmiş nazirin korrupsiya sxemlərinə alət edilib.



“Həmin “Central Park Baku” otelindən başqa İçərişəhərdəki “Old City İnn” oteli də Hüseynqulu Bağırovundur, oğlunun adına açdığı şirkət tərəfindən idarə olunur. Çoxsaylı başqa obyektləri, villaları da öz yerində. Təkcə bir məlumatı deyim ki, Hüseynqulu “Şahdağ” dövlət qoruğu ərazisində malikanə tikdirmək üçün “Sədərək Yusifə” (“Sədərək” Ticarət Mərkəzinin sahibi) yeri 1 milyon manata satmışdı. Hansı ki, o əraziyə daxil olmaq belə qadağandır. Qoy gedib araşdırsınlar ki, dövlət qoruğunun ərazisində malikanəni hansı əsasla, icazə ilə tikiblər”- Abbas Zeynalov deyib.

Xəbər 1721 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +