Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


02.11.2018  11:34 

Azərbaycanlı diplomatların Ukrayna savaşına Bakıdan təpkilər artır





A+  A-

Fəzail Ağamalı: “İki diplomat arasında belə vəziyyətin yaranması utandırıcıdır”; Elxan Şahinoğlu: “Azərbaycan XİN-in qovğaya səssiz qalması absurddur”
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bu ölkədəki sabiq səfirimiz Tələt Əliyev arasındakı qalmaqal səngimək bilmir. A.Xudiyevin 2001-10-cu illərdə Ukraynada səfir olmuş T.Əliyevi bu illər ərzində 2,4 milyon dollar yeyintiyə yol verməkdə ittiham etməsi və bununla bağlı Ukraynanın Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət ünvanlaması məsələni daha da ciddiləşdirib. Artıq T.Əliyevin evində axtarış da aparılıb.

Bütün bunlarla bağlı sabiq səfirimiz mətbuat konfransı keçirərək, ittihamlara cavab verib: “Mən səfir olanda bu adam diplomatım olub. Özünü bəzi hallarda adekvat aparmadığına görə barəsində Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdimat yazmaq məcburiyyətində qalmışam. İndi o, məndən bunun qisasını almağa çalışır. Onun barəmdə şikayət ərizəsi ilə Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi görünməmiş hadisədir və nəinki bizim, digər ölkələrin diplomatik missiyalarının təcrübəsində də belə hallara heç vaxt rast gəlinməyib”.

İki diplomatın savaşı Milli Məclisdə də müzakirələrə səbəb olub. Qanunverici orqanın 30 oktyabrdakı iclasında deputat Zahid Oruc məsələnin bu şəkildə gündəmə çıxarılmasının əleyhinə çıxış edərək, bunun yolverilməz olduğunu bildirib. Eyni zamanda deputat iki diplomatın qarşıdurmasının Ukraynada deyil, Azərbaycanda müzakirəsini vacib sayıb. Həmkarı Rüfət Quliyev ona dəstək verib.



Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Azərbaycan XİN-in bu məsələ ilə yaxından maraqlanmasını vacib sayır: “Baş vermiş hadisə və iki diplomat arasında belə vəziyyətin yaranması heç də yaxşı hal deyil. Bu utandırıcıdır. Bizə başucalığı gətirməyən hadisədir. Buna son qoymaq lazımdır. Son qoymaq üçün də xarici işlər naziri məsələyə müdaxilə etməlidir. Xüsusilə Azər Xudiyev ya XİN-ə dəvət olunmalı, ya da hansısa formada onunla söhbət edilməlidir. Baş vermiş hadisənin şişirdilərək erməni olan bir nazir səviyyəsində çözülməsi çox biabırçı bir faktdır. Bu hər birimizi narahat edən bir faktdır. Qətiyyətlə bu vəziyyəti pisləyirəm. Çox istərdim ki, buna son qoyulsun. Azərbaycanın müvafiq strukturları artıq bununla bağlı konkret addımlar atmalıdır. Mətbuat müstəvisində gedən xoşagəlməz müzakirələr dayandırılmalıdır. Onların ikisi də Azərbaycan vətəndaşıdır. Hansı günahkardırsa, ölkə qanunları ilə cəzasını almalıdır. Günahı olmayanın isə hüquqları qorunmalıdır”.



Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Ukraynada Azərbaycan səfirliyi ilə bağlı qalmaqalın davam etməsi Azərbaycanın beynəlxalq imicinə zərbə vurur: “Azərbaycanın Ukraynadakı indiki və keçmiş səfirlərinin bir-birilərinə qarşı ittiham irəli sürmələri diplomatiyada görülməmiş hadisədir. Əgər indiki səfir Azər Xudiyevin keçmiş səfir Tələt Əliyevin keçmiş fəaliyyəti ilə bağlı narazılığı varsa, bunu Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova bildirməsi kökündən yanlışdır. Avakov Ukraynadakı erməni diasporunun ən fəal nümayəndəsidir. O, Azərbaycan səfirliyindəki qalmaqaldan özünün və erməni diasporunun məqsədləri üçün istifadə edəcək. Bu sadə həqiqəti səfirimizin niyə anlamadığını söyləməkdə çətinlik çəkirəm. Əgər anlamırsa, demək yerində deyil. Tutaq ki, keçmiş səfir hansısa yeyintilərə yol verib. Bunun da həll yolları bəllidir. Hazırkı səfir tabe olduğu XİN-ə müraciət edir və tədbir görülməsini xahiş edir. Bilmirəm, indiki səfirə Ukrayna daxili işlər nazirinə müraciət etməyi kim məsləhət görüb, bunu özbaşına edibsə, səfirin geri çağırılması haqqında qərar vermək lazımdır.

Yox, əgər XİN-dən səfirə məsləhət görüblər ki, erməni nazirə şikayət etsin, demək, həmin təlimatı verən də elə səfir ağıldadır. Tələt Əliyevlə bağlı da sualım var. Pis ənənə yaranıb ki, səfir fəaliyyət müddəti tamamlandıqdan sonra ölkəsinə qayıtmır, qalır çalışdığı ölkədə. Ona görə də xarici ölkələrə elə şəxslər səfir təyin etmək lazımdır ki, çalışıdığı ölkəyə yox, Azərbaycana bağlı olsun. Azərbaycan XİN-in qovğaya səssiz qalmasının özü də absurddur. Səfirlikdəki qalmaqal Ukrayna cəmiyyətində müzakirə olunur. Şübhə etmirəm ki, bundan Ermənistan və erməni lobbisi öz məqsədləri üçün istifadə edəcək. Erməni lobbisinin təmsilçiləri vaxtilə Serj Sərkisyanın idarəetməsindən narazı idilər, ancaq bunu daxildə həll etməyə çalışırdılar. Ümumiyyətlə, son qalmaqal göstərdi ki, Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyəti qənaətbəxş deyil. Nazirimiz ana dilində danışa bilmir, səfirlər ağıllarına gələni edirlər və s. Nə qədər ki, nazir Elmar Məmmədyarovdur, Ukraynadakına bənzər qalmaqallardan sığortalanmamışıq”. (musavat.com)

Xəbər 1958 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +