Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


02.11.2022  13:08 

“Nazir istefa ərizəsini yazmalıdır“ - Deputat





A+  A-

"Bundan əvvəl də Mədəniyyət Nazirliyində DTX tərəfindən əməliyyat aparılmışdı. Əvvəlki nazirin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunmuşdu. İndikilər gözü çıxan qardaşlardan öyrənməyiblər".

XəzərNews.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Aqil Abbas deyib. Deputat bildirib ki, yeni gələn kadrlar da özlərinə arxayın olublar: "Görünür, onlar da bu əməllərlə məşğul olublar. Ona gör də nazirlikdə əməliyyat aparılıb. Gənclərə etimad göstəriblər, amma onlar etimadı doğrultmayıblar".

Milli Məclis üzvünün sözlərinə görə, dünyada belə təcrübə var ki, nazirlikdə baş verən hadisə ilə bağlı nazir istefa verir:

"Dünya təcrübəsinə görə, nazirlikdə belə bir hal yaşanarsa, o zaman nazir istefa ərizəsini yazmalıdır. Nazir müavinini çıxarmaq Anar Kərimovun səlahiyyətində deyil. Ancaq müavini ilə bağlı məsələ qaldıra bilər. Nazir fikirləşməlidir ki, niyə bu hadisələr baş verir. Nazir müavinin özünün kurasiya etdiyi sahə var. Ola bilər ki, nazirin onun qol çəkdiyi sənədlərdən xəbəri olmayıb. Hər bir halda nazir bilməlidir ki, işçiləri hansı işlə məşğuldur. Nazirə hesabat verməlidir ki, hansı işlər görülüb. Ümumilikdə, Mədəniyyət Nazirliyində belə halların olması biabırçıdır".

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Məlumata görə, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər istintaqa cəlb olunublar.

Xəbər 979 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +