Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


29.05.2020  14:39 

Bu dərman vasitələri yerli mal hesab ediləcək





A+  A-

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanına dəyişiklik edilməsi və dərman vasitələri istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, fərmana əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan ərazisində həyata keçirilən dərman vasitələri 2020-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq güzəştli düzəlişin tətbiqi məqsədilə yerli mal hesab ediləcək.

“Dövlət satınalmaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir.

Xəbər 1486 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +