Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


02.06.2017  23:24 

Polis narkomanı bu döymə əsasında tutdu - “Pod kayfom”+VİDEO





A+  A-

Qabil Mövlanovu Qaradağ Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşları axtarışda olduğuna görə yox, boğazındakı çətənə yarpağının döyməsinə görə saxlayıblar.
XəzərNews.az-ın APA TV-yə istinadən məlumatına görə, "Pod kayfom" sözü ilə əhatə olunan çətənə yarpağı əməliyyatçıların gözünə birtəhər dəyib.

Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş Qabil Mövlanovun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 25 qram tiryək aşkar olunaraq götürülüb: "Gedirdim yolla, parkın kənarından tapdım. 1 büküm idi. Əlimi atdım götürdüm, gördüm tiryəkdir. Özüm istifadə etdim bir müddət, Sahil qəsəbəsində polis əməkdaşları qarşıma çıxdı, üstümdən çıxdı".

Özünü oğru aləmində görən, barmağındakı SS işarəsinin mənasından bixəbər olan Qabil Mövlanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İkinci dəfə məhkum olunduğuna görə cəzasının daha ağır olacağı istisna olunmur.


Xəbər 1695 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +