İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video


02.11.2017  21:28 

Əxlaqsızlıq edən direktor həbs olundu





A+  A-

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində həbs qəti imkan tədbiri seçilib.
XəzərNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Gülməz Alxasovun Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. G. Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Xəbər 2022 dəfə oxunub.




24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti


BÜTÜN XƏBƏRLƏR +