10.02.2017 10:25
Azərbaycanın işğal olunmuş rayonlarının təhsil müəsisələrində vəziyyət heç də ürəkaçan deyil. Kimi həmin məktəblərə alver, kimi isə adını yazdırıb hazırlığa getmək üçün bir vasitə kimi baxır. Bunun da bir çox səbəbləri var. Səbəblərdən biri də odur ki, həmin rayonların Təhsil şöbələrinin müdirləri ya nöqsanları görməzlikdən gəlir, ya da buna özləri şərait yaradırlar. Təbii ki, öz maraqlarını təmin etmək üçün... Nəticədə də sözügedən məktəblərdə təhsil bataqlığa yuvarlanıb..
XəzərNews.az bildirir ki, məsələ ilə bağlı təhsil üzrə ekspert Etibar Əliyev Modern.az-a danışıb.
Etibar Əliyev “qaçqın məktəbləri”ndəki problemlərin heç də yerli məktəblərdəki problemlərlə eyni olmadığını qeyd edib.
“Həmçinin digər bölgələrdəki məktəblərlə də eyni problemlərləri yaşamırlar. Biz tez-tez eşidirik ki, “qaçqın məktəbləri”ndə uşaqlarını oxutmaq istəyən və qeydiyyata almaq istəyən şəxslərin sayı artıb. O adamlar qarşıya məqsəd qoyurlar ki, həmin məktəblərdə uşaqlarının adı yazılacaq və onlar dərsə getməyəcəklər. Böyük rayonların işğalından sonra məktəblərin kiçik rayonlara köçürülməsi də bir problem yaratdı. Burada şagird sıxlığından tutmuş, məktəblərin maddi-texniki bazasına qədər çoxsaylı problemlər ortaya çıxdı. Bu faktor indi də özünü göstərir. Sovet dövründə məktəblərin eyniləşdirilməsi üçün işlər görülürdü. Müstəqillik əldə olunandan sonra da bu proses davam etdi. Ancaq işğaldan sonra həmin məktəblərin məkanı bir az daraldı. Bunun nəticəsində də şagird uğurları və nəticələri aşağı eyndi”.
Ekspert bildirib ki, işğal altında olan rayonların Təhsil şöbələrinin müdirlərində idarəçilik bacarığının olmaması ondan irəli gəlir ki, kadrların çoxu dəyişilməyib. Onun sözlərinə görə, bəzi hallarda köçkün rayonların Təhsil şöbəsinə elə adamlar müdir gətiriliblər ki, onları yaxından-uzaqdan təhsillə heç nə bağlamır.
“Bir sıra Təhsil şöbələrinin əvvəlki müdirləri, məktəblərin köhnə direktorları olduğu kimi hələ də vəzifədə qalırlar. Ona görə də problemlər qabarmaqdadır.
Bu məktəblərdə təhsil alan şagirdlərin daha çox dərsdən yayınma hallar var. Çox təəssüflər olsun ki, buna Təhsil şöbələrinin müdirləri şərait yaradırlar. Hesab edirəm ki, “qaçqın məktəbləri”nə daha peşəkar təhsil işçiləri cəlb olunmalıdır. Həm vətənpərvərlik baxımından, həm təhsil, həm də vətəndaş yetişdirilməsi baxımından bu məktəblər digər məktəblərdən geri qalmamalıdır. Mən “qaçqın məktəbləri”nə diqqətin artırılmasını vacib hesab edirəm”.
|
28.10.2024 17:11
28.10.2024 16:59
28.10.2024 16:04
28.10.2024 15:57
27.10.2024 16:15
26.10.2024 17:57
DABF Zəfər günü ilə əlaqədar İsveçdə elmi konfrans keçirdi - VİDEO
26.10.2024 14:01
25.10.2024 16:51
25.10.2024 16:09
25.10.2024 13:18
25.10.2024 13:10
Şərqi Anadolu bölgəsi: mədəniyyət və turizm cənnəti -Fotolar
25.10.2024 11:23
Elnurun ailəsi fəryad edir - Günahkarlar cavab versin! - VİDEO
24.10.2024 22:21
Ali Rada spikerinin azərbaycanlı müşaviri Krım Platformasının üçüncü sammitində - FOTOLAR
24.10.2024 20:24
Fahrettin Altun: Ölkəmizə qarşı terror təhlükəsi sona çatana qədər mübarizəmiz davam edəcək
24.10.2024 16:59
24.10.2024 11:28
23.10.2024 20:17
Mardin mətbəxinin möhtəşəm dadlarına və zəngin tarixinə səyahət edin
23.10.2024 18:18
23.10.2024 18:10
23.10.2024 17:38
23.10.2024 13:26
Yaşayış ola-ola bina söküldü -“Melissa Group”u hansı cəza gözləyir?
23.10.2024 11:12
22.10.2024 19:45
Heydər Əliyev prospektində məhdudiyyət aradan qaldırılıb -Foto
22.10.2024 19:28
22.10.2024 19:24
22.10.2024 18:44
22.10.2024 18:01
22.10.2024 17:57
22.10.2024 17:54
22.10.2024 11:48
22.10.2024 11:16
İntensiv yağış Bağırov körpüsünün altınısu ilə doldurub -Video
21.10.2024 13:34