İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


16.02.2024  16:21 

Deputat Dövlət Komitəsinin fəaliyyətini tənqid etdi





A+  A-

Azərbaycan hökumətinin tərkibində dəyişiklik olub. Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb. Hökumətin 2 qocaman üzvünə - 70 yaşlı Mübariz Qurbanlı və 69 yaşlı Fikrət Məmmədova etimad göstərilməyib.

Xəzərnews.az xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü deputat Ceyhun Məmmədov Yenisabah.az-a Mübariz Qurbanlı ilə bağlı qərarı şərh edib. Deputat dini sahədə ciddi islahatlara ehtiyac olduğunu deyib:

“Hesab edirəm ki, din sahəsində ölkəmizdə və dünyada baş verən proseslər çox ciddi islahatların keçirilməsini zəruri edir. Əslində, bu gün Azərbaycan üçün ən ciddi təhlükə yarada biləcək məsələlərdən biri din mövzusudur. Söhbət dinin siyasiləşməsindən, geosiyasi proseslərə təsirindən gedir. Bu mənada dövlətin bu sahədə müəyyən addımlar atması, islahatların keçirilməsi gözlənilən idi. Bu mövzuda həllini gözləyən hələ xeyli məsələ var. Bu baxımdan dövlət bütün bu prosesləri görür və təhlil edir. Bu həm də dövlətin bu sahəyə çox həssas və diqqətlə yanaşdığını göstərir. Qeyd etdiyim kimi, bu vəzifədə kimin olmasından asılı olmayaraq, din sahəsində sürətli islahatların aparılmasına ciddi ehtiyac var. Əvvəla bu vəzifəyə təyin olunacaq şəxsin həm dini, həm də siyasi biliklərinin yüksək olması çox önəmlidir. Yəni həm dini sahəni, həm də dövlətin bu məsələdə həyata keçirdiyi siyasəti dərindən bilməlidir”.

Ceyhun Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin öncəki fəaliyyətini tənqid edib:

“Bütövlükdə din siyasəti, din sahəsi komitəyə həvalə olunub. Ona görə də bu vəzifəyə təyin olunan şəxsin dini dərindən bilməsi çox önəmlidir. Digər tərəfdən düşünürəm ki, sürətli formada lazımi islahatları həyata keçirəcək bir şəxs olmalıdır ki, qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək. Mən əvvəlki müsahibələrimdə bu məsələyə geniş toxunmuşam. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazılığımı dəfələrlə bildirmişəm. Hesab edirəm ki, komitə fəaliyyətini cənab prezidentin apardığı siyasətə uyğun qurmayıb. Bu gün komitənin fəaliyyətində çox ciddi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Həm islahatlar, həm də dövlət-din münasibətləri ilə bağlı xeyli məsələlər var ki, öz həllini tapmalıdır. Komitə ümumiyyətlə fəaliyyətini yenidən qurmalı və daxildə çox ciddi kadr islahatları aparılmalıdır. Təsadüfi adamlar bu qurumdan tamamilə kənarlaşdırılmalıdır”.

Xəbər 1162 dəfə oxunub.




03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +