İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


29.12.2023  14:42 

Siqaret və alkoqollu içkilər yenə bahalaşacaq





A+  A-

"Azərbaycanda alkoqollu içki və tütün məhsullarının ildə bir neçə dəfə aksiz dərəcələrinin artırılması, sözsüz ki, onların qiymətlərində bahalaşmaya səbəb olacaq".

Xəzərnews.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, bu, həm də müəyyən məqamda zərərli vərdişlərdən çəkinməyə də böyük təsir göstərir:

Ekspert bildirir ki, hazırda dünyada insalara daha sağlam həyatı təbliğ etmək üçün zərərli vərdişlərə səbəb olan məhsulların qiymətlərinin artması və onlara aksiz markasının tətbiq edilməsi istiqamətində işlər görülür: "Azərbaycanda da alkoqollu içki və tütün məhsullarının ildə bir neçə dəfə aksiz dərəcələrinin artırılması, sözsüz ki, onların qiymətlərində bahalaşmaya səbəb olacaq. Hesab edirəm ki, bu, zərərli vərdişləri olan insanların büdcəsinə mənfi təsir göstərir. Ümumilikdə, bu, həm də müəyyən məqamda zərərli vərdişlərdən çəkinməyə də böyük təsir göstərir".

İqtisadçı statistikaya əsasən, hazırda Azərbaycanda alkoqollu və tütün məmulatları istifadəçilərinin sayında artım olduğunu söyləyib.

O vurğulayıb ki, həmçinin qadınlar və yeniyetmələr arasında bu özünü daha çox büruzə verir: "Ona görə də hesab edirəm ki, qeyd olunan məmulatların aksiz dərəcələrinin artırılması müsbət bir addımdır. Digər tərəfdən, bu, ölkə büdcəsinə əlavə gəlirlər gətirəcək".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, siqaret və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılması zəruri bir məsələdir.

Onun sözlərinə görə, bu təkcə Azərbaycanda deyil, bütün dünyada gedən bir prosesdir: "Bu, bir tərəfdən büdcədə gəlirlərin artmasına səbəb olur, digər tərəfdən isə imkan yaradır ki, siqaret və alkoqollu içkilərdən əziyyət çəkənlərin müayinə və müalicə xərclərinə kömək olunsun. Bu normal haldır və biz də bu istiqamətdə addımlar atırıq. Hesab edirəm ki, zərərli vərdişlərdən əziyyət çəkənlərə büdcədə yığılan həmin vəsaitlər hesabına müəyyən köməkliklər göstərilməlidir".

Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliyə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılıb.

Qanuna əsasən, gələn il yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, qanuna görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılıb.

Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilib.

Xəbər 1686 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +