İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


11.07.2017  16:54 

Ermənistan tənqid olundu - Zəhraya görə





A+  A-

Avronest PA üzvü Avropa Parlamentinin komitə iclasında Zəhranın ölümünə görə Ermənistan hərbi-siyasi rejimini kəskin tənqid edib.
Azərbaycanın Avronest PA nümayəndəliyindən verilən məlumata görə 10 iyul 2017-ci il tarixində Avropa Parlamentinin Xarici Siyasət Komitəsinin növbəti iclası keçirililib.

İclasda son günlər, Azərbaycan və Ermənistan arasında cəbhədə yaşanan məsələ AP-nin deputatları və iclasa dəvət edilən Azərbaycanlı və Ermənistanlı müstəqil ekspertlər tərəfindən çox geniş müzakirə edilib.

Müzakirələr zamanı, Sloveniyalı deputat İvo Vayql Ermənistanın işğalçı olduğunu və Azərbaycanın işğala məruz qaldığını, Azərbaycanlıların evlərini tərk etdiyini və cəbhədə iyulun 4-də günahsız insanların ermənilər tərəfindən öldürüldüyünü hər kəsin diqqətinə çatdırılıb. O, Azərbaycanın regionda iki güclü dövlətin arasında yerləşdiyini və və Ermənistanın isə öz seçimini bir dövlətlə etdiyini bildirilib. AP deputatı daha sonra bu münaqişədə maraqlı tərəfin hansı dövlət olduğunu hər kəsin yaxşı bildiyini və Avropa İttifaqının təhlükəsizliyi üçün vacib olan bu regionda münaqişənin həllinə ciddi çalışmasının lazım olduğunu bildirilib. O, yekunda bu münaqişənin yalnız beynəlxalq hüquqa əsaslanaraq həll edilməli olduğunu və bu hüququn hamı tərəfindən tanınan sərhədlərin toxunulmazlığına hörmətdən ibarət olduğunu vurğulanıb.

AP-nin Azərbaycan üzrə məruzəçi, Avronest PA-nın üzvü, Rumıniyalı deputat Norika Nikolay da Ermənistanı mülki əhalinin ölümünə görə kəskin tənqid edib və bu hadisənin Dağlıq-Qarabağ ərazisində deyil məhz ondan kənarda Azərbaycanlı mülki əhalinin yaşadığı məkanda baş verdiyini söylənib.

AP-nin Litvalı deputatı Petras Austrevicius da Ermənistanın mülki əhaliyə atəş açmasının yanlış olduğunu bildirib və münaqişənin qızışma təhlükəsinin çox ciddi olduğunu söyləyib.

AP-nin Xorvatiyalı deputatı Zelyana Zovko bu münaqişənin yalnız sülh yolu ilə həllinin mümkün olduğunu və müharibənin yolverilməz olduğunu vurğulayıb. O, bu cür gərginliyin mülki vətndaşların ölümünə səbəb olduğunu və bunun da qarşısının alınmasının vacibliyini bildirib. İclasda iştirak edən Ermənistanlı ekspert də Ermənistan cəmiyyətinin hərbiləşdirilməsini və prezident aparatı vasitəsi ilə hakimiyyətin bir mərkəzdə cəmləşdirilməsini təəssüflə qeyd edib.

İclasda AP-nin daha bir neçə deputatı çıxış edərək cəbhədə son dövrlər baş verən hadisələr ilə bağlı narahatçılıqlarını ifadə ediblər.

(qafqazinfo.az)


Xəbər 775 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +