Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


06.05.2021  11:28 

İranla ABŞ arasında yeni gərginlik yarandı - Bu videoya görə





A+  A-

İranın dövlət televiziyası İRİB tərəfindən yayımlanan təbliğat videosunda ABŞ-ın paytaxtı Vaşinqtonun hədəf alınması yeni siyasi gərginliyə səbəb olub.
XəzərNews.az xəbər verir ki, ölkənin ali lideri Əli Xameneinin xalqa müraciət etməsindən bir müddət əvvəl yayımlanan videonun 1:09 hissəsində raketlərin ABŞ Kapitolunu hədəf aldığı göstərilir.

Sözügedən təbliğat videosunda Kapitol binasının raket zərbəsi ilə dağıdılması, daha sonra Qüds şəhərinə doğru irəliləyən İran ruhanilərinin görüntüləri yer alıb.

İngilis “Daily Mail” qəzetinə danışan bir mütəxəssis videonun arxa fonunda yerləşdirilən mahnı haqqında danışıb.

Mahnının sözlərində Kapitoli binası İmam Əlinin İnqilab Keşikçiləri tərəfindən dağıdılan bir zülm sarayı kimi təsvir olunur və İranın Qüdsü azad etməsi vəd edilir.

ABŞ-dan videoya reaksiya gecikməyib. Pensilvaniya ştatından olan respublikaçı senator Pet Tumi SEPAH-ın Kapitolu partlatdığı barədə saxta bir video yaydığını bildirib.

Tumi Bayden rəhbərliyinə çağırış edərək Vaşinqtondan Tehrana tətbiq olunan sanksiyalara davam etməsini tələb edib.



Xəbər 2219 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +