Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


19.04.2019  12:46 

Bu ali məktəblər qanunları pozub - Palata açıqladı





A+  A-

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsan aşkar olunan ali təhsil müəssisələrinin adlarını və onların yol verdikləri nöqsanları açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Palatanın hesabatına əsasən, nöqsanlar Azərbaycan Tibb Universiteti (ATU), Bədən Tərbiyəsi və İdman Akademiyası (BTİA) və Bakı Slavyan Universitetində (BSU) qeydə alınıb.

2018-ci ilə büdcə qanunvericiliyini ATU yeddi dəfə, BTİA altı, BSU isə beş dəfə pozub.

ATU-da əsaslı qoyuluşlar üzrə iki, dövlət əmlakının istifadəsi ilə bağlı bir, vergi və gömrük qanunvericiliyinin pozulması üzrə iki nöqsan aşkarlanıb.

Ötən il dövlət satınalmaları ilə bağlı ATU-da üç, BTİA-da beş, BSU-da isə altı nöqsan qeydə alınıb.

2018-ci ildə mühasibat uçotu və hesabatlılıqla bağlı ATU-da dörd, BTİA-da dörd, BSU-da isə altı nöqsan aşkarlanıb.

Bundan başqa, BTİA-da büdcədənkənar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətdə bir nöqsan qeydə alınıb.

Xəbər 1382 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +