Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


06.05.2024  09:31 

Layihələri öz hesabıma reallaşdırıram – Kanadada məktəb rəhbəri





A+  A-

“Diasporla müsahibə”nin növbəti qonağı Kanadanın Toronto şəhərində yaşayan həmyerlimiz, Ana dili məktəbinin rəhbəri Yeganə Cəfərova olub.

Müsahibə zamanı Y.Cəfərova müəllimlik fəaliyyətindən və Torontodakı diasporumuzdan bəhs edib.

Qonaq bildirib ki, çətin də olsa Kanadada Azərbaycan dilini öyrədir və yaşadır:

“Bu işdə Diasporla İş üzrə Dövlət Komitəsi və onun nəzdində fəaliyyət göstərən Diaspora Dəstək Fondundan heç bir kömək yoxdur. Müraciət etdik, onlar bizə elektron kitab göndərdilər. O kitab da işimizə yaramadı. Çünki burda təhsili fərqli üsullarla keçirlər”.

Azərbaycanlı fəal vətənimizin tanıtımı istiqamətində həyata keçirdiyi layihələri öz hesabına reallaşdırdığını qeyd edib.

Y.Cəfərova Kanadada erməni diasporunun güclü olduğunu, yüksək vəzifələr tutduqlarını bildirib:

“Hətta farslar belə bir sıra qrumlarda təmsil olunurlar. Təəssüf ki, biz azərbaycanlılar barədə bu sözü deyə bilmirik”.

Qonağımız Torontoda ticarət mərkəzlərində Azərbaycan mağazaları, şəhərdə restoranların açılmasını arzuladıqlarını ifadə edib:


“Bir-iki restoran var. Təbii ki, bu iş daha çox kommersiya maraqlarından irəli gəlir. Amma olsa daha yaxşı olar”.

Y.Cəfərova Kanadada “Azərbaycan evi”nin fəaliyyət göstərdiyini etiraf etsə də onlarla heç bir əlaqəsinin olmadığını vurğulayıb.




Xəbər 4085 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +