“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


30.06.2020  19:43 

Sərt karantin rejimi daha iki həftəlik uzadılacaq





A+  A-

"Azərbaycanda iyulun 5-dən sonra karantin rejiminin iki həftəlik uzadılması üçün təkliflər var. Fikir ondan ibarətdir ki, karantin rejimi uzadılsın".
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Operativ Qərargahın keçirilən brifinqində deyib.

O bildirib ki, Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşlarla mütəmadi münasibətlər qurur: "Dünya miqyasında koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil. Qarşıda bütün dövlətləri qeyri-müəyyənlik gözləyir, virusa necə qalib gəlinəcəyinə dair konkret cavab yoxdur. Yoxsulluq, işsizlik, aclıq kimi problemləri koronavirus daha da ağırlaşdırır. Ekspertlərin fikrincə, dünya iqtisadiyyatını 1933-cü ildən bəri görünməyən bir tənəzzül gözləyir. Dünyanın hər bir yerində koronavirus tam aradan qalxmayınca dünyanın başqa bir yerində rahat olmaq mümkün olmayacaq. Müəyyən ölkələrdə açılmalar olandan sonra virusun yayılmasına görə yenidən qapanmalara gedildi".

Xəbər 1781 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +