Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


23.10.2023  09:16 

Aparıcıdan “Space”in rəhbərinə: Bəs nə oldu, verilişi bağlayırdınız?!





A+  A-

“Space” kanalının rəhbəri Vado Korovin məni qəbul edəndə dedi ki, Aytən xanım verilişi bağlayıram, mənə maqazin verilişi lazım deyil! Bəs nə oldu? Verilişi bağlayırdınız?! Yeni mövsümdən verilişin adını dəyişib Raksana İmirə həvalə etdiniz! “Space maqazin” adını “Space star”-a dəyişdilər! Həm də deyirdilər ki, veriliş reytinq vermir! Uşağım kimi böyüdüb, hamıya sevdirdiyim verilişimi əlimdən aldınız. Bağlansaydı deyərdim ki, normal haldır. Hazıra-nazir gəldiniz! Ədalətli Allah bunu belə qoyacaq? Əlbəttə ki, yox. Sadəcə zamanı var. Heç birinizə haqqımı halal etmirəm”.

Xəzərnews.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aparıcı Aytən Leylaqızı deyib. O daha sonra əlavə edib.

“Mən “Space maqazin” verilişinə başlayanda bir bilsəniz veriliş nə gündə idi! Çəkiliş, məkan, aparıcı geyimləri bərbad vəziyyətdə idi. Zövqsüz, baxımsız bir haldaydı! Mən məkanı da, geyimləri də özüm tapdım. Redaktorum belə yox idi. Layihə rəhbərliyini edirdim, stendaplarımı özüm yazıb deyirdim, verilişin montajında belə otururdum. Bütün bunları səhmana salandan sonra veriliş gözəl reytinq verdi. Sonuncu efirə gedən verilişimə 5 reytinq gəlmişdi. Verilişdə bütün ulduzlarımızın müsahibələrini yayımlayırdıq. Xalq artisti Aygün Kazımova bəlkə də “Space” tv-yə sonuncu dəfə nə vaxt müsahibə verdiyini yadından çıxarmışdı. O tez-tez sevənləri ilə efirdən bizim verilişimiz vasitəsilə görüşürdü. Müxbirim Elman da güclü idi” deyə aparıcı xanım bildirib.

Aytən Leylaqızı “Space”-in həyətinə çəkdiyi xərcdən də danışıb.

“Hamı bilir ki, “Space” tv-nin həyətini işıqlandırıb, güllər əkdirmişdim. İşdən çıxanda işıqları özümlə apardım. İndi də söz-söhbət gəzir ki, yaxşı hərəkət etməyib apardı! Ayıb deyil? Nə etməli idim?! Bəlkə öz büdcənizlə almışdınız, bilməmişəm?! “Space”-in həyətində bir işıq yox idi, oranı mən işıqlandırmışdım. Həyətə 6 min manatdan çox vəsait qoydurmuşdum” deyə aparıcı qeyd edib.

Aytən Leylaqızı bildirib ki, hal-hazırda işsizdir.

“Hazırda heç yerdə işləmirəm. Mənə də təsir edən odur ki, heç nədən niyə məni işimdən edirsən?! İndi mən işsiz qalmışam. Yalnız tədbirlərdə və toylarda aparıcılıq edirəm” deyə Aytən Leylaqızı bildirib.

Xəbər 4248 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +