Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


08.10.2021  10:41 

“Yumurta mafiyası” qiyməti bahalaşdırdı





A+  A-

Ekspertlərə görə, yumurtanın qiymətinin artmasının bir neçə səbəbi var... Azərbaycanda broyler yumurtalarının qiyməti bahalaşıb. Belə ki, ağ yumurta 12 qəpikdən 19 qəpiyə, sarı yumurta 19 qəpikdən 22 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 30 qəpiyə qalxıb.

Qeyd edək ki, son illər Azərbaycanda yumurta istehsalı davamlı artım dinamikası nümayiş etdirir. Maraqlıdır, yumurta istehsalında azalmanın qeydə alınmadığı ərəfədə adıçəkilən məhsulun satış qiymətinin yüksəlməsinin səbəbi nə ilə bağlıdır? Bu, işbazların digər məhsulların qiymətinin artırması fürsətindən istifadədir, yoxsa qiymət artımı zəruri olub? İddia olunur ki, broyler yumurtasının qiymətinin yüksək olması quşçuluq müəssisələrinin deyil, pərakəndə satış müəssisələrinin fəaliyyətinin nəticəsidir, onlar yumurtanın qiymətinin üzərinə 25-30 faiz əlavə məbləğ qoyub satırlar.

Bəzi ekspertlər isə qeyd edir ki, yumurtanın bahalaşmasına səbəb olan əsas amillərdən biri Azərbaycanda yumurta istehsalında istifadə olunan, xaricdən gətirilən yemin qiymətinin bahalaşmasıdır. Bildirilir ki, son 3 ayda xaricdən gətirilən yemin qiyməti ciddi şəkildə bahalaşıb.

Daha bir fakt: Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda yumurta istehsalı 4,1 faiz azalmaqla 1 milyard 269,4 milyon ədəd təşkil edib. Ekspertlər bu faktı da nəzərə alaraq bildirirlər ki, yumurta istehsalının az olması da onun qiymətinin artmasına gətirib çıxarır.

Bahalaşmanın digər səbəbi isə yumurta ilə bağlı monopoliyanın olması göstərilir.

Məsələ ilə bağlı ekspert Mürvət Həsənli “Yeni Müsavat”a danışıb: “Broyler yumurtası deyilən bir şey yoxdur, bu süfrə yumurtasıdır. O ki qaldı yumurtanın qiymətinin bahalaşmasına, buna səbəb yemin qiymətinin qalxmasıdır. Yəni ən əsas səbəblərdən biri budur. Belə ki, günəbaxan yağı 1600 manata, buğda 280 manatdan 420 manata qalxıb. Ötən illərdə bir yumurtanın maya dəyəri təxminən 6-7 qəpiyə başa gəlirdisə, bu gün bu rəqəm 12 qəpiyə qalxıb. Beləliklə, yemin qiymətinin artması yumurtanın qiymətinə təsir edib. Ümumiyyətlə, bir yumurtanın istehsalının 70 faizini yem təşkil edir. Bunun üçün də yemin qiymətinin artması birbaşa bahalaşmaya gətirib çıxarır. Yumurtanın qiymətinin qalxma səbəblərindən biri də sentyabr ayından məktəblərin açılması ilə bağlıdır. Təbii ki, məktəblər açılanda tələb də artır və bu da müəyyən qədər qiymətin qalxmasına xidmət edir”.

Mürvət Həsənli yumurta sahəsində monopoliya olması ilə bağlı fikirlərlə razılaşmadığını dedi: “Yumurta ilə bağlı, ümumiyyətlə, aqrar sektorda monopoliya söhbəti yoxdur. Ona görə ki, bu sahədə 10-a yaxın böyük süfrə yumurtası istehsal edən toyuqçuluqlar var. Məsələn, ”Giləzir", “Loğman”, “Sabirabad” kimi çox böyük yumurta istehsalçıları var. Yəni əgər bu sahədə monopoliya olsaydı, bu cür toyuqçuluqlardan yalnız 1-2-si mövcud olardı. Mövsümlə əlaqədar az yumurta istehsal olunması iddiası ilə də razılaşmıram. Çünki ölkədə lazımi qədər yumurta istehsal olunur. Hətta bildiyim qədər İrana, İraqa da süfrə yumurtası satırıq. Bir daha qeyd edirəm ki, yumurtanın qiymətində müşahidə olunan bahalıq əsasən yemin qiymətinin artması ilə bağlıdır".

Azərbaycan Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev isə qeyd edib ki, qarşıda yumurtanın qiymətinin daha da bahalaşması labüd olacaq: “Çünki alınan yemlərin hamısının qiyməti çox ciddi şəkildə bahalaşıb. Məsələn, yemin, o cümlədən qarğıdalının, buğdanın qiyməti son aylarda 30-40 faiz, hətta bəziləri 50 faiz artıb. Bildiyiniz kimi, soya bahalı yemdir. Zamanında soyanı 500-600 manata alırdıqsa, indi bu qiymət 1300-1350 manatdır.

Beləliklə, yemin qiymətinin artması qarşıda yumurtanın qiymətinin qalxması ehtimalını artırır. Güman edirəm ki, bunun qarşısını almaq üçün tədbirlər görüləcək. Müəyyən korrektə işlərinin olması vacibdir. Gözləyirik ki, bu məsələnin sonu nə ilə nəticələnəcək. Bununla bağlı müraciət də etmişik. Lakin qeyd edim ki, hazırda heç də yumurtanın qiymətində bahalaşma müşahidə olunmur. Yalnız ola bilər ki, 1-2 qəpik artım olsun ki, bu da yumurtanın çəkisi ilə bağlıdır. Daha iri yumurtalar nisbətən daha bahadır. Yumurtanın qiymətini yalnız pərakəndə satışda kimsə artıra bilər".



Xəbər 2312 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +