Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov


31.07.2024  18:11 

Zəngəzur dəhlizində toqquşan maraqlar – Xameneyi Paşinyana mesaj verir ki…





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyan İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ötən gün Tehranda olub. Səfər çərçivəsində o, İranın Ali rəhbəri Ayətullah Xameneyi ilə görüşüb. İranın ali dini lideri görüşdə deyib ki, ölkəsi Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqdadır. A.Xameneyi Ermənistanla əməkdaşlığın daha sıx və öz qüvvəsi ilə davam edəcəyini deyib. N.Paşinyan da bildirib ki, Ermənistan dəfələrlə öz ərazisində heç bir ekstraterritorial dəhlizi qəbul etmədiyini bəyan edib.



Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, İranın ali dini rəhbəri, prezidenti və Ermənistan baş nazirinin görüşlərində səsləndirilən fikirlərdə qeyri-adilik yoxdur. Onun sözlərinə görə, əslində A.Xameneyi son açıqlaması ilə N.Paşinyana mühüm mesaj verib: “Zəngəzur dəhlizi gündəmə gəldiyi andan etibarən İranın bu məsələyə münasibəti kifayət qədər aqressiv olub. Rəsmi Tehran bu dəhlizə qarşıdır. Əslində Xameneyi məlum açıqlaması ilə Paşinyana, faktiki olaraq Ermənistana da mesaj verir ki, heç bir dəhliz açıla bilməz. İranın bu məsələdə israrlı olmasının səbəbi son aylar Zəngəzura Qərbin, hətta ABŞ-nin maraq göstərməsidir. Məsələ burasındadır ki, sözügedən dəhliz əvvəlcə Rusiya üçün ilkin olaraq Şimal-Cənub dəhlizinin bir parçası olaraq qəbul edilirdi. İran üzərindən əlaqələrin təmin olunması üçün nəzərdə tutulurdu. İndi isə Qərb ortaya yeni oyun atdı. ABŞ rəsmiləri bildirdilər ki, onlar Zəngəzur dəhlizini Orta Dəhlizin bir parçası kimi nəzərdə tuturlar. Bununla da Azərbaycan-Ermənistan-Türkiyə üçlüyünü vacib bir kommunikasiya yaratmaqla bölgədə sülhə nail olmaq istəyirlər. Niyyətlərinin belə olub-olmaması yönündə fikir söyləmək bir qədər çətindir. Lakin istənilən halda gördük ki, dünənə qədər dəhlizə qarşı olan Qərb bu gün mövqeyini dəyişdi və dəhlizin öz nəzarəti altında açılmasını istəyir. Təbii ki, İran buna qarşı olacaq”.



Politoloq Paşinyanın sülh danışıqlarından qaçmasına da diqqət çəkib: “Ermənistan üçün sülh müqaviləsi imzalamaq olduqca vacibdir. Bu ölkə Türkiyə ilə münasibətlərini bərpa etməyə, Azərbaycanla danışıqları irəli aparmağa çalışır. Ancaq Rusiya, İran, Qərb ölkələri kimi amillər prosesə mane olur. Paşinyanın Azərbaycan və Türkiyə istiqamətində atmaq istədiyi hər bir addım, verilmiş istənilən qərar “Qarabağ klanı”na bağlı erməni müxalifəti tərəfindən xəyanət kimi qəbul edilir və təqdim olunur. Buna görə Paşinyan ehtiyatla davranır. Digər bir məsələ isə Paşinyanın arxasında dəstək hiss etməsidir. Əvvəl Ermənistan bütün ümidlərini Rusiyaya bağlasa da Kreml kömək etmək istəmədi. Bu gün isə mənzərə dəyişib. Avropa İttifaqının sülh proqramı çərçivəsində Ermənistana 10 milyon dollarlıq bir yardımı oldu. Simvolik də olsa, hər bir halda bir niyyət ifadəsidir. ABŞ senatı tərəfindən də 65 milyon dollarlıq yardım nəzərdə tutulub. Təbii ki, bu, Ermənistanı özünü daha rahat və güvənli olmağa sövq edir”.

Xəbər 3157 dəfə oxunub.




08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +