“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


18.05.2021  16:54 

“Space”də etiraz: “Vaqif Mustafayevin əmlakı satılsın, maaşlar ödənilsin!”





A+  A-

“Space” telekanalının ətrafında gedən söz-söhbətlər səngimək bilmir. Ən əsası beş gün öz vəzifəsini icra edən Ülviyyə Mikayılovanın qəflətən istefa verməsi isə elə bil bu oda bir az da benzin səpdi. Ondan sonra diqqətlər televiziyanın yaradıcılıq böhranına deyil, maliyyə məsələlərinə yönəldi.
XəzərNews.az bildirir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, işçilərin bir çoxu kanaldan aylarla maaşlarını ala bilmədikləri üçün ümumiyyətlə işə gəlib, öz səlahiyyətlərini yerinə yetirmir.

Bu barədə onlara irad bildirdikdə isə “Nə vaxt maaş olar, onda gələrik” deyə cavab verirlər. Kanalın əməkdaşlarının bir qismi isə sentyabra qədər maaşlarının bütöv ödənilməsini gözləyib, kanalı tərk edəcəklərini bildirirlər.

Mənbə bildirir ki, işçilərə maaşlar 2-3 aydan bir ödənilir. Belə ki, dekabr ayında iyunun maaşını alanlar yanvar, fevral və mart ayında məvacib almayıb. Daha sonra aprel ayında maaş alarkən işçilərə keçən ilin avqust ayı üçün əməkhaqqı ödənilib. Hazırda işçilərə ödənilən son məvacibin avqust ayı üçün nəzərdə tutulduğunu hesablasaq, kanalın əməkdaşları doqquz aylıq əldə edə bilmədikləri pullarını gözləyirlər. Mənbənin sözlərinə görə, zamanında maaş ala bilməyən əməkdaşlar bu vəziyyətə etiraz etdikdə, V.Mustafayev tərəfindən dərhal kanaldan uzaqlaşdırılırdı.

Mənbənin verdiyi məlumata görə, heç nəyə baxmayaraq, bəzi sadiq işçilər kanalda proseslərin yaxşılığa doğru dəyişəcəyinə ümid edir.

Kanalın bəzi işçiləri isə maaşlarını kanalın keçmiş rəhbəri Vaqif Mustafayevdən və proqram departamentinin direktoru olmuş Tamara Məmmədovadan tələb edir. Mənbə bildirir ki, kollektiv arasında “Vaqif müəllimin sağ əli” kimi tanınan “Toma” ləqəbli bu xanım son zamanlar kanalın bütün müqəddəratını həll edirdi.

Ağzı “süddən yanan”, aylarla maaş üzünə həsrət qalan kollektiv isə bu şəxslərdən halal zəhmətlərini, haqlarını tələb edir:

“Vaqif Mustafayev “Space”in pulları ilə özünə nə qədər evlər, obyektlər aldı. “Toma”sına da nə qədər ev, obyekt alıb. Burada bir yol var bu əmlaklar onlardan müsadirə edilib, satışa çıxarılmalıdır ki, biz əməkhaqlarımızı alaq və kanal borc bataqlığından qurtulsun. Yoxsa bunun başqa yolu yoxdur”, - deyə əməkdaşlar etiraz edirlər.

Xatırladaq ki, 2006-cı ildən kanalın rəhbəri olmuş Vaqif Mustafayev 2021-ci il fevralın 5-də vəzifəsindən azad edilib.

Onu kanalda müvəqqəti olaraq, Kamil Şahverdiyev əvəz edib. Daha sonra isə may ayının 5-də rəsmi olaraq bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb. Lakin beş gündən sonra o, qəfildən ərizə yazaraq istefa verib. Buna səbəb kimi isə kanalın borcunun həddən artıq çox olması göstərilib. Hazırda kanalı, yenə müvəqqəti olaraq, Kamil Şahverdiyev idarə edir.

Xəbər 2390 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +