Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir


09.09.2024  11:45 

Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Xəzərnews.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları!

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ölkəmizin paytaxtında öz işinə başlaması münasibətilə sizi səmimi-qəlbdən salamlayır, hər birinizə cansağlığı və uğurlar arzulayıram. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir zamanda Forumun təşkilinin rəmzi məna kəsb etdiyini xüsusi vurğulamaq istəyirəm.

Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür.

Forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminəm.

İnanıram ki, Forum Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcəkdir".//Report

Xəbər 1441 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.09.2024  19:23 

Tuncelidə zəlzələ olub

16.09.2024  19:18 

Marmaris: Egeyin incisi

15.09.2024  16:09 

Sabahın havası açıqlanıb

13.09.2024  15:43 

Göyçayda intihar hadisəsi olub

13.09.2024  15:36 

Azər Axşam ATV-dən getdi

13.09.2024  11:51 

Türkiyədə zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +