10.12.2021 05:11
Qərbin təzyiqləri Türkiyə və İranı bir-birinə yaxınlaşdırır?
Bu gün Türkiyə prezidenti R.T.Ərdogan və İran İslam Respublikasının prezidenti İbrahim Rəisi arasında baş tutan telefon danışıgında iki dövlət arasındakı iqtisadi məsələlərlə yanaşı,regionda cərəyan edən siyasi proseslərdə müzakirə mövzusu olub.
Rəisi qeyd edib ki, Türkiyə ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyuruq və terrorçuluga qarşı birlikdə mübarizə aparmaq zəruriyyəti yaranıb.
Bundan əlavə, yaxın tarixdə Türkiyə prezidenti Əroganın Tehrana səfəri gözlənilir.
Belə ki, Türkiyə və İran prezidentləri arasında Aşqabadda keçirilən İƏT-in zirvə toplantısında terrorla ortaq mübarizə perspektivləri də müzakirə olunmuşdu.
Türkiyə və İran arasında ayrı-ayrı vaxtlarda regional siyasətdə ziddiyətlər müşahidə edilsə də, bu dövlətləri bir-birinə yaxınlaşdıran məqamlar da nəzərə alınmalıdır.
Tarixə nəzər salsaq,1639-cu ilin mayın 14-də imzalanmış Qəsri-Şirin müqaviləsindən indiyə kimi İran və Türkiyə arasında nə bir müharibə ,nə də hər hansı sərhəd dəyişikliyi baş verib. Düz 1639-cu ildən bəri Türkiyə-İran sərhədləri toxunulmaz olaraq qalır.
Belə ki, 1638-ci ildə Osmanlı padşahı 4-cü Murad Bagdadı, Kərkükü və Bəsrəni Səfəvi işgalından qurtarır.Bir il sonra isə Səfəvilər Bagdad, Kərkük, Bəsrə, Qars, Van şəhərləri daxil olmaqla geniş ərazini Osmanlı xilafətinə geri qaytarmaga məcbur olur.
Qəsri-Şirin müqaviləsinin bəndlərindən biri də bu,idi ki, Səfəvilər Osmanlı xilafətini "İslam dininin qoruyucusu" kimi tanıyır.
Hazırda həm Türkiyə,həm də İran qərbin ciddi siyasi və iqtisadi təzyiqləri ilə qarşı-qarşıyadır. Belə olan təqdirdə, hər iki regional güc qarşılaşdıqları təzyiqlərin miqyasını azaltmaq üçün bəzi məsələlərdə qarşılıqlı güzəştlərə getmək məcburiyyətindədirlər.
Rəsmi Ankaranı Tehranla birgə mövqe nümayiş etdirməyə sövq edən əsasən aşagıdakı məsələlərdir...
- Suriya böhranını həll etmək üçün "Astana Formatı"çərçivəsində Rusiya ilə birlikdə fəaliyyəti davam etdirməlidirlər. Halbuki, İran və Rusiya Əsəd rejimini, Türkiyə isə dünyəvi müxalifəti müdafiə edir.
- Həm Türkiyə,həm İran bu dövlətlərin ərazi bütövlüyünə qarşı qarşı terror təşkilatları olan PKK və PJAK-qarşı ortaq mübarizə konsepsiyasını hazırlayıb həyata keçirməlidirlər.
-Türkiyə və İranın İraqda bilinən siyasi strategiyaları var. Türkiyə Kərkükdəki türkmənlərin hamisi, İran isə şiə çoxlugun maraqlarını qorumaqla mükəlləfdir.
İraqda keçirilən son seçkilərdən sonra hələ də yeni hökumət qurulmayıb. Son seçkilərin nəticəsinə görə, Müqtədə-Əs Sadrın şiə koalisiyası hökumət qurmaq şansı qazanıb.İş ondadır ki,İrana yaxın seçki koalisiyası istədiyi nəticənə əldə etməyib.
Üstəlik, Sadrın da rəsmi Tehranla münasibətləri hamar deyil.
- İran və Türkiyə münasibətlərində ən həssas mövzulardan biri də Azərbaycan məsələsidir. Son 44 günlük müharibədən sonra İran və Azərbaycan arasında yaranan narazılıqlar və rəsmi Ankaranın birmənalı olaraq Azərbaycanın yanında olması bu ölkədə diskomfort yaratmışdı.
İran gördü ki, müharibədən sonra Türkiyənin Cənubi Qaqazda mövqeləri gücləndi. Rəsmi Tehran indi ənənəvi müttəfiqi Ermənistandan daha çox hazırda Azərbaycan və Türkiyə ilə rasional münasibət qurmagı dəyərləndirir.
Təsadüfü deyil ki, bir müddət əvvəl Zəngəzur koridoruna aqressiv və isterik reaksiya sərgiləyən İran indi daha mülayim mövqe nümayiş etdirir. Üstəgəl, İ.Rəisi hökuməti Ərdoganın müəllifi oldugu "3+3" kimi geoiqtisadi formata da müsbət yanaşır və Mosvada keçiriləcək Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya xarici işlər nazirləri müavinlərinin görüşünə öz nümayəndəsini də göndərəcək.
- Türkiyə və İranı həm də Fələstin mövzusu da yaxınlaşdırır. Belə ki, Ankara və Tehranın həm Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasla, həm də Qəzza zolagındakı Həmas lideri İsmayıl Həniyyə ilə isti münasibətləri var. Türkiyə və İran Fələstin məsələsində İsrailin mövqeyini bölüşmür,bütün platformalarda fələstinliləri müdafiə edirlər.
- Türkiyə və İranı koordinasiyalı işləməyə sövq edən məsələlərdən biri də Əfqanıstan mövzusudur. Yəni, "Taliban" hökuməti və terror mövzuları Türkiyə və İranı birgə işləməyə sövq edir. Belə ki, "Taliban" Türkiyə ilə əməkdaşlıga can atsa da, İrana bəzən hətta dövlət sərhəddində problemlər yaşadır. İran həm də illərdir milyonlarla əfqan qaçqına ev sahibliyi edir, şiə xəzərləri də taliblərdən qorumaga məcburdur. Bundan əlavə, Türkiyə və İran "Taliban" zülmündən qaçan əfqanların Avropaya miqrasiya marşurutunun üzərində yerləşir.
İndi hər iki ölkə qeyri-qanuni miqrasiyaya və terrorçuluga qarşı güclərini birləşdirməyə məcburdurlar.
Fərz edirəm ki, Ərdogan iqtidarının körfəzdəki ərəb dövlətləri və Misirlə münasibətlərini səhmana salmaga çalışması da rəsmi Tehranı düşündürür. Həm bu addımlar, həm də Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması da Tehranı Türkiyə ilə daha pozitiv münasibətlər qurmaga tələsdirir.
Kamal Əliyev
Xəbər 1186 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|