Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


26.08.2020  11:18 

Pekində koronavirus xəstələrinin hamısı sağalıb





A+  A-

Pekində koronavirusa yoluxan son 2 pasiyent də sağalaraq evinə buraxılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Pekin Gigiyena və Sağlamlıq Komitəsi məlumat yayıb. Qeyd olunub ki, şəhərin tibb müəssisələrində bütün koronavirus xəstələri müalicə olunaraq sağalıb.

Pandemiya başladıqdan bu günə qədər Pekində koronavirusa 935 yoluxma faktı qeydə alınıb. Şəhərdə epidemioloji nəzarət tədbirləri zəiflədilib. Küçədə maska taxmaq könüllü olsa da, ictimai nəqliyyatda, eləcə də mağaza, kinoteatr, dövlət qurumları və digər insan sıxlığı yaşanan yerlərdə maska taxmaq tələb olunur.

Statistikaya görə, Çinin materik hissəsində koronavirusa yoluxanların 94,13% -i sağalıb. 2019-cu ilin dekabr ayından bu günə qədər ölkə üzrə yoluxanların sayı 84,9 mini keçib, son 7 gün ərzində 108 yeni yoluxma faktı aşkarlanıb. Ölkə üzrə 15 apreldən etibarən koronavirusdan ölüm faktı qeydə alınmayıb. Pandemiya dövründə ölüm nisbəti 5,45% faiz təşkil edib. Hazırda tibb müəssisələrində 347 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.

Xəbər 1761 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +