Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


21.12.2017  10:36 

Ziya Məmmədovun iqtidarla son bağı qırılır





A+  A-

Bakı İnzibati-İqtisadi Məhkəməsinin bir qərarı niyə “hakimiyyət Məmmədovları bağışlayıb” iddialarına səbəb olub; sabiq nazirdən fərqli olaraq onun qudası Heydər Əsədov etibarı yox, etimadı itirib; prezidentin aqrar məsələlər üzrə köməkçisi kənd təsərrüfatındakı geriliyi tənqid etdi
Bu ilin fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov ətrafında proseslər son günlər yenidən fəallaşıb. Belə ki, üç gün əvvəl Ziya Məmmədovun ailə biznesi “Garant Holdinq”ə daxil olduğu deyilən “Delfin” MMC-nin “Bakı” futbol klubunun xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə məhkəmə iddiası təmin edilib. “Bakı” klubu “Baghlan Group”un sahibi, “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovundur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı hətta “Hakimiyyət Məmmədovları bağışlayıb” kimi iddialara səbəb olub.

Məlumdur ki, hələ Z.Məmmədov işdən çıxarılmazdan bir neçə ay əvvəl “Garant-Holdinq”in faktiki sahibi olan oğlu Anar Məmmədov Bakıdakı işlərini buraxaraq birdəfəlik Londona yerləşib. Onun artıq 1 ildən çoxdur ki, ölkəyə qayıtmadığı deyilir. A.Məmmədov ölkəni tərk etdikdən və atası işdən çıxarılandan sonra belə xəbərlər yayılmışdı ki, tezliklə “Garant-Holdinq”in başına Z.Məmmədov özü keçəcək və şirkətlər qrupu əvvəlki nüfuzunu bərpa edəcək. Amma bu xəbərlər gerçəkləşmədi və iddialara görə, “Garant-Holdinq”in Azadlıq prospektində yerləşən mərkəzi ofisinin qapısı A.Məmmədov ölkədən gedəndən qıfıllanıb. Üstəlik, holdinqə daxil olan şirkətlərin bir-birinin ardınca bağlandığı və ya “əl qoyulduğu” barədə də xəbərlər var.

XəzərNews.az-ın “Yeni Müsavat”a istinadən məlumatına görə, “Məmmədovların bağışlanması” xəbərlərinə səbəb olan məlum “Delfin” MMC-də artıq onlara bağlı deyil. Mənbənin iddiasına görə, hələ Anar Məmmədov ölkəni tərk etmək ərəfəsində olanda Bakı-Sumqayıt yolunun kənarındakı məşhur “Delfin” hotel ondan alınıb. Məhkəmə qərarını əldə edə bilmədiyimiz üçün iddiaçının kimliyi barədə dəqiq bilgimiz yoxdur, amma keçmiş şərikləri və onlara xeyli qəzəbli olan Hafiz Məmmədovun məlum qərardan sonra susqunluğu (“Bakı” klubu qərardan apelyasiya şikayəti verib) mənbənin məlumatını təsdiqi kimi izah edilə bilər. Yəni Məmmədovların bağışlanılmasından söhbət belə gedə bilməz.

Bu iddiaları doğrulayan başqa bir xəbər də var. Söhbət Məmmədovların iqtidarla “son bağı” hesab olunan Anar Məmmədovun qayınatası Heydər Əsədovdan gedir. Doğrudur, onun vəzifədən gedəcəyi ilə bağlı xəbərlər Z.Məmədovun istefaya göndərilməsindən əvvəl də vardı. Amma məlumdur ki, “MTN işi” qalmaqallı ortaya çıxanda Eldar Mahmudovun qohum-əqrəbası dərhal işdən uzaqlaşdırılmadı, müəyyən müddət sonra kreslolarını itirdilər. Sabiq MTN şefinin ən yaxın qohumu və köməkçisi Vüqar Mahmudov isə bu yaxınlarda həbs edildi.

Sirr deyil ki, H.Əsədovun 2013-cü il prezident seçkisindən sonra nazir kürsüsünə gətirilməsində (buna qədər o, Hesablama Palatasının sədri olub-red.) Z.Məmmədovun da rolu olub. Amma Z.Məmmədov hakimiyyət üçün ən vacib olan keyfiyyəti - etibarı itirdiyi üçün vəzifəsini də itirdi. H.Əsədov isə ambisiyasız və Məmmədovlardan məsafəli davranmasına baxmayaraq, daha bir vacib məsələdə iqtidara yararlı ola bilməyib. O, kənd təsərrüfatı sahəsinə 4 ildir rəhbərlik etsə də, ortaya heç bir ciddi iş qoymayıb. Neft pullarının ölkəyə axdığı bir vaxtda kənd təsərrüfatında inqilabi irəliləyişlər arxa plana keçə bilərdi, amma indi ölkə iqtidarının ən prioritet və ciddi diqqət yetirdiyi sahə məhz kənd təsərrüfatıdır. Bu sahədə isə arzuedilən nəticə yoxdur. Yəni H.Əsədovun istefasını zəruri edən indilikdə onun Məmmədovlarla bağlılığı deyil, bu sahədə nazir kimi uğur əldə edə bilməməsidir. Təsadüfi deyil ki, prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov kənd təsərrüfatı ilə bağlı tənqidi fikirlər söyləyib.

“APA-Economics” xəbər verir ki, A.Əmiraslanov deyib ki, ölkənin ərzaq təhlükəsizliyi məhz kənd təsərrüfatının inkişafından asılıdır: “Ərzaq təhlükəsizliyi az qala milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik səviyyəsində olan bir məsələdir. Nəzərə almalıyıq ki, əhalimizin yarısı kəndlərdə yaşayır. Bu isə həm də o deməkdir ki, kənd təsərrüfatı sosial sabitliyin, kəndlərdə həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtidir”. O deyib ki, digər sahələrlə müqayisədə kənd təsərrüfatının təsir effekti 4 dəfə güclüdür. “Beləliklə, kənd təsərrüfatı həm də sosial missiyanı yerinə yetirir. Bu gün kənd təsərrüfatında bizim çox böyük ehtiyatlarımız var” deyə, A.Əmiraslanov vurğulayıb.

Prezidentin köməkçisi açıq şəkildə bildirib ki, kənd təsərrüfatı digər sahələrdən geri qalır: “Əgər biz müqayisə aparsaq, kənd təsərrüfatı digər sahələrlə müqayisədə sahələrarası rəqabətdə uduzur. Burada gəlirlilik səviyyəsi xeyli aşağı olduğundan dövlət davamlı olaraq öz dəstəyini verir. Biz kənd təsərrüfatı sahəsini inkişaf etdirməklə yanaşı, sözsüz ki, düzgün, əsaslandırılmış prinsipləri əldə rəhbər tutmalıyıq. Hesab edirik ki, yeni yaradılmış qurumlar öz fəaliyyətini bu prinsiplər əsasında quracaqlar. Bu prinsiplər bizi uğura aparan əsas amildir” deyə, o bildirib.

Xəbərlər var ki, ilin əvvəlində hakim komandada ciddi dəyişikliklər gözlənilir. Kadr dəyişikliyinin isə iqtisadi nazirlik və komitələrdə başlayacağı gözlənilir ki, bu seferada 2 nazirin postunu itirəcəyi deyilir. Məmmədovların “geriləyən saatı” və nazir-qudanın hakimiyyətin etimadını doğrultmaması göz qarşısındadır.

Xəbər 2413 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +