Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


27.08.2022  14:13 

ABŞ və Fransa səfirləri Şuşa konfransına niyə qatılmayıb?





A+  A-

Bu gün Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.

XəzərNews.az xəbər verir ki, tədbirə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə qatılıb.

Qonaqlar arasında nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də yer alıb. Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri tədbirdə iştirak edənlər arasındadır. Konfransda demək olar ki, bütün qitələri əhatə edən səfirlik və hərbi attaşelər yer alıb. Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Kanada, İran kimi ölkələrlə yanaşı uzaq Dominikan, Qvineya, Qvatemala, Uqanda, Kamerun, Namibiya və digər ölkələrin də təmsilçiləri iştirak edirlər.

Lakin qəribədir ki, ötən konfranslarda olduğu kimi, bu dəfə də ABŞ və Fransanın ölkəmizdəki səfirləri Şuşada keçirilən mötəbər tədbirə qatılmayıblar. İllərdir Qarabağ probleminin həlli ilə bağlı üzərinə missiya götürmüş Minsk Qrupunun həmsədr ölkələrinin Bakıdakı səfirləri bu dəfə də uzlaşdırılmış mövqe nümayiş etdiriblər. Sözügedən səfirlərin bu cür qeyri-diplomatik demarşının səbəbləri hələ də aydın deyil.

Rəsmi Vaşinqton və Parisin bu addımını yalnız ermənipərəst mövqe kimi şərh etmək olar. Çünki Şuşadakı bu konfrans işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunub. Belə görünür ki, həmsədr ölkələr müharibənin nəticələrinin aradan qaldırılması barədə yox, davam etməkdə olan Azərbaycan-Ermənistan qarşıdurmasının dərinləşdirilməsində maraqlıdırlar. Belə olmasaydı, səfirləri Şuşadakı kofransda iştirakdan imtinaya nə vadar edə bilərdi?

Azərbaycana münasibətdə ermənipərəst siyasət yürüdən rəsmi Parisin mövqeyi aydındır. Biz bu münasibəti 44 günlük Vətən müharibəsində də aşkar şəkildə gördük. Müharibənin ilk günlərindən aşkar və qatı ermənipərəst mövqe tutan Fransa Ermənistanı bütün beynəlxalq təşkilatlarda və tribunalarda dəstəklədi, hətta Senatı vasitəsilə Qarabağdakı terrorçu xuntanın “tanınması” barədə qərar qəbul etdi.

Azərbaycanın strateji tərəfdaşı olan ABŞ-ın bu addımı isə sadəcə təəssüf doğurur. ABŞ səfirinin Şuşa konfransında iştirak etməməsi ən yüngül formada ifadə etsək, Azərbaycan xalqına və cəmiyyətimizə hörmətsizlikdir və sözsüz ki, iki ölkə arasında münasibətlərə təsirsiz ötüşməyəcək.

Xatırladaq ki, Fransa və ABŞ səfirlərinin Şuşada təşkil olunan beynəlxalq tədbirlərdən kənar qaçması ilk dəfə deyil. Bundan əvvəl də Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-10-u Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər./Qafqazinfo

Xəbər 1434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +