Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


02.04.2020  11:43 

Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq gedir





A+  A-

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri davam etdirilir. Bununla yanaşı aqrar rayon olan Füzulidə ənənəvi təsərrüfat sahələrindən olan pambıq əkininə və ipəkqurdu saxlanılmasına da hazırlıq işləri görülür.
XəzərNews.az xəbər verir ki, 2020-ci təsərrüfat ilində rayon ərazisində pambıq əkiləcək sahələr hələ bir neçə ay əvvəl müəyyənləşdirilib, fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılıb. Füzuli rayon İcra Hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və aidiyyəti təşkilatların mütəxəssislər tərəfindən pambıq əkiləcək sahələrə baxış keçirilib, çiyid səpiləcək sahələr arat edilib, mala işi aparılıb. Yaxın günlərdə sahələrdə çiyid səpininə başlanılacaq. Ümumilikdə bu il rayon üzrə 700 ha sahədə pambıq əkilməsi nəzərdə tutulub ki, bunun da 500 hektarı P-Aqro MMC ilə, 170 hektarı Azərbambıq MMC ilə yerdə qalanı isə fərdi qaydada həyata keçiriləcək.

Rayon ərazisində ipəkqurdu saxlayacaq kümçülər də aylar öncə müəyyənləşdirilib, barama saxlanılacaq yerlərə baxış keçirilib, qarğı tədarükü görülüb. İpəkqurdu bəsləyərək qısa müddətdə yaxşı gəlir əldə edən füzulili kümçülər 2016-cı ildə 3070 kq, 2017-ci ildə 24320 kq, 2018-ci ildə isə 38 ton, 2019-cu ildə isə 49.5 ton yaş barama isehsal ediblər. Füzulili kümçülər cari ildə də 50 tondan artıq barama istehsal etməyi qarşılarına məqsəd qoyublar.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş karantin rejiminin qaydalarına uyğun olaraq rayonda pambıq əkini və ipəkqurdu becərilməsi ilə bağlı işlər insanların bir yerə cəm olmaması şərti ilə, telefon vasitəsilə, uzaqdan idarəetmə ilə həyata keçirilir.






Xəbər 1216 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +