Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var


23.01.2018  20:41 

Avropa Parlamentindən etiraf: “Azərbaycana qarşı ədalətsiz davranırıq“





A+  A-

Avropa Parlamentinin Çexiyadan millət vəkili Yan Zaxradil bildirib ki, Azərbaycan ədalətsiz davranılan ölkələrdəndir.
XəzərNews.az xəbər verir ki, millət vəkili bu fikri iclas vaxtı söyləyib. Avropa Parlamentində keçirilən iclasda beynəlxalq ticarət komitəsi Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli layihəni müzakirəyə çıxarıb.

Yan Zaxradil müzakirələr zamanı deyib: "Gəlin, etiraf edək, həqiqəti söyləyək. Azərbaycana qarşı ədalətsiz davranmışıq. Azərbaycana qarşı həmişə ədalətlə davranmamışıq".
Deputat qeyd edib ki, Azərbaycan Avropa İttifaqının bir çox məsələlərdə strateji partnyorudur. Bu səbəbdən hərtərəfli müqaviləni dəstəkləmək lazımdır. Bununla yanaşı Yan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaşadığı çətin vəziyyəti də dilə gətirib.

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq və partnyorluq müqaviləsi 1996-cı ilin aprel ayında Lüksemburqda imzalanıb. Sənəd 1999-cu ildə qüvvəyə minib və ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, siyasət və mədəniyyət sahələrini əhatə edir.

Xəbər 1271 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.07.2024  17:13 

Neymar ata oldu

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +