Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


15.05.2023  14:33 

İkinci tur: Sinan Oğan kimi dəstəkləyəcək?





A+  A-

Türkiyədə ötən gün keçirilən prezident və parlament seçkilərinin nəticələri ən müxtəlif kontekstlərdən təhlil olunur. 2002-ci ildən bəri iqtidarda olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə əzici üstünlüyə sahib olsa da, prezidentlik yarışında qalibi müəyyənləşdirmək mümkün olmayıb. Türkiyənin seçki qanunvericiliyinə uyğun olaraq, namizədlərdən heç biri birinci turda 50.1% səs qazana bilmədiyi üçün ölkənin 13-cü prezidentinin kimliyi mayın 28-də keçiriləcək ikinci turda bəlli olacaq.

Yenisabah.az xatırladır ki, hazırkı dövlət başçısı Rəcəb Tayyip Ərdoğan dünən 49,35%, ana müxalifət lideri Kemal Kılıçdaroğlu 45%, “ATA İttifaqı”nın vahid namizədi Sinan Oğan isə 5,22% səs toplayıb. Bu isə o deməkdir ki, ikinci turda mübarizə R. T. Ərdoğanla K. Kılıçdaroğlu arasında gedəcək. Hazırda siyasi kuluarlarda ən çox bu sual ətrafında müzakirələr gedir: ikinci turda Sinan Oğan kimi dəstəkləyəcək?

Qeyd edək ki, S.Oğanın səslərinin ikinci tur üçün əhəmiyyətli olması onun personasına olan marağı daha da artırıb. Belə ki, seçkinin nəticələri rəsmən elan olunmasa da, həm AKP, həm də CHP tərəfdarlarının S.Oğanla təmasa can atdığı aşkar müşahidə edilir. CHP sədri K. Kılıçdaroğlunun ilkin nəticələr açıqlanandan dərhal sonra S. Oğana arayaraq təbrik etməsi “ATA İttifaqı” namizədinin “kilid adam”a çevrildiyini göstərir.

“Yeni Sabah” ən müxtəlif mənbələrdən aldığı məlumatları şərh edib. Qənaətimizə görə, S.Oğan son qərarını verməyə tələsməyəcək. Onun həm AKP, həm də CHP təmsilçiləri ilə müzakirələr aparacağı gözlənilir. S.Oğanın yalnız bundan sonra mövqeyini açıqlayacağı bildirilir. İlkin ehtimallara görə, 14 may seçkiləri ilə “ulduzu yenidən parlayan” S.Oğan hazırkı Prezident R. T. Ərdoğanın rəhbərlik etdiyi “Cümhur İttifaqı”nın yanında yer alacaq. Onun R. T. Ərdoğanı dəstəkləməsi 2 vacib amillə izah olunur.

Siyasi analitiklərin fikrincə, Yaşıl Sol Partiyasının (YSP) “Millət İttifaqı”nda təmsil olunması S. Oğanı K. Kılıçdaroğlu ilə əməkdaşlığını mümkünsüz edir. Türk milliyətçiliyinin parlayan simalarından olan S. Oğanın hazırda məhbus həyatı yaşayan Selahattin Demirtaş ilə eyni safda yer alması inandırıcı görünmür.

İkinci vacib amil isə sabiq deputatın gələcək karyerası ilə bağlı ciddi planlar qurması ilə bağlıdır. Türkiyə milliyətçilərinin yeni lideri olmağa həvəslənən S. Oğanın indiki həssas məqamda kosmopolit qüvvələrlə eyni cəbhədə yer alıb nüfuzunu itirməsi gözlənilən deyil. Qoca Devlet Bahçelidən və son seçkilərdə xeyli yıpranmış Meral Akşenerdən fərqli olaraq, S. Oğanın hazırda 20%-dən artıq elektorata malik olan türk milliyətçilərinin vahid liderinə çevrilmək şansı var. S. Oğan Milliyətçi Hərəkat Partiyasının (MHP) təmsil olunduğu ittifaqda yer almaqla keçmiş əqidədaşlarının rəğbətini təkrar qazana və aradakı incikliyi unutdura bilər.

Bu iki amil mayın 28-də keçiriləcək prezident seçkilərində S. Oğanın hazırkı dövlət başçısı R. T. Ərdoğanı dəstəkləyəcəyini söyləməyə əsas verir. Yaxın ətrafının saytımıza bildirdiyinə görə, S. Oğanın çevrəsində də bu mövqe hakimdir.

Rafi MÜSLÜMOV

Xəbər 1028 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +