Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


01.05.2022  11:42 

Ermənilərin sevimlisinə çevrilən iranlı diplomat...





A+  A-

Ermənistan cəmiyyətinin ən çox rəğbət bəslədiyi ilk üçlükdə olan xarici səfirlərdən biri də bu fotoşəkildə gördüyünüz İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zoxuridir.

Nədən? Çünki bu qatı panfarsist anti-Azərbaycan mövqeyi tutmaqla və ölkəmizin əleyhinə zaman-zaman sərsəm açıqlamalar verməklə ermənilərin dostuna çevrilib.

Həmin bu Zoxuri bu gün Azərbaycana qarşı növbəti dəfə təxribatçı hərəkətə yol verib.

Belə ki, iranlı səfir Qərbi Zəngəzura (ermənilər bura Sünik deyir) səfər edib və burada vilayətin qubernatoru Robert Qukasyanla görüşüb. Qukasyan bu səfərinə görə iranlı diplomata təşəkkür edib. Zoxuri də öz növbəsində ölkəsi adından bir daha Ermənistana dəstəyini bildirib.

Bu fars diplomatı yenə də rəsmi Tehranın ağrılı yeri olan sərhədlər məsələsinə toxunub, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı İranın mövqeyini xatırladıb və bildirib ki, bütün dövlətlər buna hörmət etməlidir. O, "bütün dövlətlər" deyərkən heç şübhəsiz ki, ilk növbədə Azərbaycanı nəzərdə tutub.

Zoxuri Zəngəzur dəhlizi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, Tehran hesab edir ki, "kommuniksiya kanallarının ətrafındakı dəhlizlərlə bağlı deyilənlər bizim üçün qəbuledilməzdir, hesab edirik ki, Ermənistan öz ərazi bütövlüyünü qorumalıdır”.

Zoxurinin bu sözləri Robert Qukasyanı və görüşdəki digər erməniləri məmnun edib. Qukasyan və Qafan icmasının rəhbəri İranın dəhlizlə bağlı tutduğu rəsmi mövqeyinə görə səfirə təşəkkür ediblər.

R.Qukasyan bir qədər də ermənisayağı yaltaqlıq edərək iranlı səfirə deyib ki, "sizin fikriniz önəmlidir və hər bir Zəngəzur sakini tərəfindən yüksək qiymətləndirilir".

Ötən il Ermənistan-Azərbaycan sərhədində yerləşən Basarkeçər rayonunun Yuxarı Şorca kəndinə gələn və erməni səngərindən durbinlə Azərbaycanın mövqelərini nümayişkaranə şəkildə müşahidə edən Abbas Bədəxşan Zoxurinin bu gün yenidən Zəngəzura gəlib sayıqlaması prinsipcə gözlənilən idi.

İran prezidenti İbrahim Rəisinin deyil, daha çox ali dini lider, ayətullah Xameneinin və SEPAH-ın mövqeyindən çıxış edən Zoxurinin Azərbaycanın bölgədə mövqelərinin güclənməsi qane etmir.

Ukraynada gedən müharibə nəticəsində Rusiya zəiflədikcə İran daha da aqressivləşir və bu aqressivlik həm də Azərbaycana qarşı yönəlir. İranın aqressivliyi özünü Zoxuri kimi şəxslərin davranışlarılnda, açıqlamalarında göstərir. Lakin belələrinin davranışları sonda İranın özünə zərbə vurur. Kaş ki, mollalar bunu vaxtında anlaya bilsələr...

Bəybala Mirzəyev

Xəbər 1844 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +