Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


13.10.2021  23:15 

Şəhid anası: “İcra başçısı “get növbəni gözlə”, - deyərək məni başından etdi”





A+  A-

Göyçay rayonu İnçə kənd sakini, şəhid anası Abdulxalıqova Solmaz Heydər qızı rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin onun problemlərinə biganə yanaşmasından şikayətçidir.

S.Abdulxalıqova tərəfindən XəzərNews-a daxil olan şikayətdə bildirilir ki, övladı Abdulxalıqov Teymur Cayəddin oğlu 07 yanvar, 1994-cü ildə Birinci Qarabağ döyüşlərində qəhramancasına şəhid olub:

“30 may, 2021-ci il tarixdə elektrik qısaqapanmasından evimiz içindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Həmin gündən çöllərdə qalmışam. Heç bir yerdən köməyim yoxdur. Dövlət şəhid ailələrinə pulsuz mənzil verir. Mən də uzun illərdir mənzil növbəsindəyəm. Hələ də növbəmin çatmamasını əsas gətirib mənə mənzil verməyiblər.

Mövcud durumum, xüsusən də evimizin yanması və çöllərdə qalmağımızı nəzərə alıb bizə növbədənkənar mənzil verilməsi və ya inşa edilməsi üçün dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbulunda olmuşam. Hər dəfə də “get növbəni gözlə”, - deyərək məni başından edib.



Şəhid anası bildirir ki, 80 yaşı var, evinin yanması həyatını, yaşayışını məhv edib:

“Prezident İlham Əliyev cənablarından xahiş edirəm evimin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədənkənar mənzil verilməsinə (inşa edilməsinə) kömək göstərsin”.



Xəbər 1541 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +