06.02.2017 10:54
Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.
Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, ”Dövlət məmuru xalqın xidmətçisidir” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
XəzərNews.az xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, növbəti səyyar-qəbul görüşdən əvvəl bir qrup rayon ictimaiyyətinin nümayəndəsi ilə birgə 1994-cü ildə işğaldan azad olunmuş, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 02-05 aprel döyüşləri zamanı yaşayış üçün təhlükəsizliyi tam təmin olunmuş Cocuq Mərcanlı kəndində olmuş, 1994-cü ildən həmin kənddə yaşayan Həziyev Oqtay Əbil oğlunun ailəsinə baş çəkmişdir. Alı Alıyev Prezident cənab İlham Əliyevin Cocuq Mərcanlı kəndində 50 evin və infrastrukturun bərpa olunması barədə imzaladığı Sərəncamı yüksək qiymətləndirmiş, bunun işğal olunmuş torpaqlara Böyük qayıdışın başlanğıcı olduğunu vurğulamışdır.
Sonra Alı Alıyevin düşmənlə təmas xəttində yerləşən Əhmədalılar, Qazaxlar və Mirzənağılı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayonun xidmət təşkilatlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Səyyar-qəbul görüşdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə keçirildiyini bildirib. Qeyd edib ki, cəbhə xəttinin bir neçə yuz metrliyində yerləşən Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərinin işıq, su, qaz və yol ilə bağlı problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin həmin kəndlərdə gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.
Səyyar qəbul-görüşlərdə Alı Alıyev Prezident cənab İlham Əliyevin məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi barədə Fərmanından irəli gələn məsələlərdən bəhs edib. Bildirib ki, ölkə başçısının məlum Fərmanı məcburi köçkünlərin sosial-iqtisadi müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti addımdır. Əhmədalılar, Qazaxlar və Mirzənağılı kənd sakinlərinə elektrik enerjisi və qaz və sudan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyə edən Alı Alıyev qeyd edib ki, artıq bundan sonra məcburi köçkünlər onlara aylıq müavinət formasında veriləcək vəsaiti özləri istədikləri formada istifadə edəcəklər. Yəni hər bir məcburi köçkün ailəsi özü hesablamalıdır ki, həmin puldan kommunal xərclərə nə qədər ayıracaq, digər ehtiyaclarını qarşılamağa nə qədər xərcləyəcək. Bu istiqamətdə yerlərdə məcburi köçkünlər arasında maarifləndirmə və izahat işlərinin aparılmasının vacib olduğunu cənab Alı Alıyev xüsusi vurğulamışdır.
Alı Alıyev həmin kəndlərdə pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlərlə maraqlanıb, kənd sakinlərinə həyatyanı və pay torpaqlarından səmərəli istifadə etməyi tövsiyə edib.
|
07.11.2024 16:49
07.11.2024 16:11
“Bizi həbs etdirmək istəyir“ - Riad Rəfiyev jurnalistləri hədələyir?
07.11.2024 16:07
Mask Trampa 130 milyon maya qoydu, 15 milyard dollar irəli düşdü
07.11.2024 16:02
06.11.2024 15:21
06.11.2024 13:04
“Diaspora nədir?“ sualına... -Paytaxt sakinlərinin reaksiyası -Video
04.11.2024 19:50
Türkiyə bu ili turizm sahəsində rekord nəticələrlə bağlayır -Fotolar
03.11.2024 23:19
03.11.2024 22:57
03.11.2024 22:45
02.11.2024 21:19
02.11.2024 19:43
02.11.2024 19:36
02.11.2024 15:56
01.11.2024 20:55
01.11.2024 17:41
01.11.2024 17:33
01.11.2024 11:04
01.11.2024 00:35
31.10.2024 20:18
31.10.2024 20:12
31.10.2024 20:01
Keçmiş direktorla nazirlik arasındakı məhkəmə çəkişməsi davam edir
31.10.2024 19:59
31.10.2024 16:58
31.10.2024 16:52
31.10.2024 13:02
Mirzoyan: Hər şey qarşılıqlı bərabərlik əsasında aparılmalıdır
31.10.2024 01:52
Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atdı
31.10.2024 01:48