Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


07.11.2019  13:46 

Rafael Cəbrayılov məhkəməyə verildi





A+  A-

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Xatirə Nəcəfova sabiq deputat Rafael Cəbrayılovu məhkəməyə verib.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, mülki iddiaya Abşeron Rayon Məhkəməsində baxılacaq.

Maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia hakim Habil Məmədovun icraatına verilib. İş üzrə hazırlıq iclası növbəti həftə keçiriləcək.

Qeyd edək ki, X.Nəcəfova 1994-cü ildən BDU-nun Ingilis dili (humanitar fakultələr üzrə) kafedrasında şalışır və baş müəllimdir. R.Cəbrayılovun Xatirə Nəcəfovadan külli-miqdarda borc alaraq qaytarmadığı bildirilir.

Sabiq deputatın borclu olduğu başqa şəxslər də var. Sentyabr ayında Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayıldıqdan sonra, o, Milli Məclisin deputatı mandatından imtina edib. Belə ki, R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib.

Xəbər 2443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +