Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


05.09.2017  09:57 

Azərbaycan serialları ilə bağlı etiraz





A+  A-

Azərbaycanda çəkilən milli teleserialların keyfiyyəti hələ ki, istənilən səviyyədə deyil.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, xarici ölkələrdə seriallar bir növ maarifləndirici xarakter daşıyır: “Mən bir neçə dəfə demişəm, xarici seriallarda avtomobilə minəndə ilk növbədə təhlükəsizlik kəmərini bağlayırlar, siqaret çəkmirlər, sükan arxasında açıq şəkildə telefonla danışmırlar. Ancaq bizim seriallarda sanki bunun əksini edirlər, yəni təhlükəsizlik kəmərini bağlamaqdan söhbət getmir, qırmızı işıqda keçirlər və yaxud da sükan arxasında telefonla danışırlar. Bunlar olmamalıdır. Seriallar gündəlik həyat tərzini maarifçilik baxımından təbliğ etməlidirlər, xüsusən də lazımlı, yaxşı vərdişləri təbliğ etməlidirlər. Amma təəssüf ki, bizim seriallarda əks tərəfə meyil edirlər. Sanki daha çox kriminal sahələri təbliğ edirlər”.

MTRŞ-nın bu sahəyə müdaxilə etmək səlahiyyətinin olub-olmaması məsələsinə toxunan N.Məhərrəmli bildirib ki, qurum ümumiyyətlə senzuranın tərəfdarı deyil: “Yaradıcılıq işlərinə də biz qarışa bilmirik. Lakin bu o demək deyil ki, bizim səlahiyyətimiz yoxdur. “Televiziya və Radio Yayımı haqqında” qanun var. Bu qanunun maddələri pozulanda təbii ki, biz işə qarışacağıq”.

Xəbər 1221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +