Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


23.10.2024  13:26 

Yaşayış ola-ola bina söküldü -“Melissa Group”u hansı cəza gözləyir?





A+  A-

İki gün bundan öncə Bakının Yasamal rayonu, Alatava -1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb. Bu məlumatlar sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, “Melissa Group” tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.

Bəs belə bir vəziyyətdə tikinti şirkətinə, söküntünü icra edən işçilərə hansısa cəza tədbiri olması nəzərdə tutulurmu? Qanun bu barədə nə deyir?


Xəzərnews.az xəbər verir ki, məsələni “Yeni Sabah”a şərh edən hüquqşünas Əsabəli Mustafayev bildirib ki, sözügedən hadisə ilk dəfə deyil ki, baş verir:

“Oxşar hadisələr dəfələrlə yaşanıb. Sakinlər söküntünü qanunsuz saydıqları üçün yaxud da təklif olunan məbləğ ev sahiblərini qane etmədiyindən evi tərk etməkdən boyun qaçırırlar. Bəzən isə sökülən yaşayış yerinin əvəzinə müvəqqəti belə olsa, ayrı bir ev təklif edilmir. Tikinti şirkəti və ev sahibi arasında narazılıqların ortaya çıxması dövlət ehtiyacları xaricində aparılan tikinti, abadlıq işləri zamanı daha çox müşahidə olunur. Dövlət ehtiyacları üçün söküntünün aparılması Mülki Məcəllədə öz əksini tapıb. Burada meyarlar hamısı bir-bir sadalanıb. Bu qanuna ölkə və beynəlxalq əhəmiyyətli yolların tikilməsi, kommunal xətlərin çəkilməsi, hərbi məqsədli tikintilər və s. aiddir.

Belə hallarda Nazirlər Kabinetinin təyin etdiyi məsul şəxs, adətən, rayon icra hakimiyyətindən olur. Onlarla sakin arasında razılıq əldə olunmayanda icra hakimiyyəti həmin sakini məhkəməyə verir. Məhkəmə bu zaman məcburi qaydada evdən çıxarılma ilə bağlı qərar çıxarır. Məhkəmə qərarının icrası ilə bağlı məsul şəxslər gələrək qərarı icra edirlər. O zaman çox nadir hallarda problemlər yaranır. Çünki həmin icraçılar təcrübəli insanlardır. Dövlət ehtiyacı üçün söküntü işləri aparılan zaman kompensasiyanın məbləğini Nazirlər Kabineti təyin edir. Əgər dövlət ehtiyacları üçün deyilsə, qanun deyir ki, şirkət ev sahibi ilə mütləq qaydada razılaşmalı, müqavilə bağlanmalıdır. Əgər ev yiyəsinin tələb etdiyi pulu şirkət ödəmirsə, onun evi sökmək hüququ yoxdur”.

Vəkil onu da qeyd edib ki, şirkət ev sakinləri ilə razılaşma əldə edə bilmədiyi təqdirdə məhkəməyə müraciət edə bilər:

“Ancaq məhkəmənin ixtiyarı yoxdur ki, mülkiyyət sahibinin razılığı olmadan onun haqqında desin ki, bu qədər kompensasiya verilir və evdən çıxmaq lazımdır. Qanun hər iki tərəfin razılığını tələb edir. Burada məcbur edilmə, hədə-qorxu etmək cinayət tərkibi yaradır. Evin içərisində əmlak, insan olduğu halda söküntü işi aparmaq cinayət sayılır. Bu, hüquqi şəxslər tərəfindən törədilən şəxsi əmlakın məhvi ilə bağlı cinayətdir, insan hüquqlarının pozulması deməkdir.

Əgər məhkəmə qərarı varsa, cinayət işinin qaldırılması üçün prokurorluğa müraciət etmək lazımdır. Digər bir yol isə məhkəməyə müraciət edərək, həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb etməkdir. Əgər insanlar öz hüquqlarını müdafiə etməyə başlasalar, bu, həmin şirkətlər üçün dərs olar. İnsanlara özlərini müdafiə etmək üsullarını izah etmək, onları maarifləndirmək lazımdır”.







Xəbər 4245 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +