Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


27.11.2019  09:54 

Ölkəmizdə hər 1000 kişiyə düşən qadınların sayı azalıb





A+  A-

Azərbaycanda 1999-cu ildən sonrakı dövr ərzində ölkə əhalisi arasında cins nisbəti əhəmiyyətli dərəcədə dəyişib. Son 20 ildə hər 1000 kişiyə düşən qadınların sayı hiss edilən səviyyədə azalıb.
XəzərNews.az "Trend"ə istinadən məlumat verir ki, 1999-cu ildə Azərbaycanda hər 1000 kişiyә 1048 qadın düşdüyü halda, 2009-cu ildə bu göstərici 1021-ə, 2016-cı ildə 1007-ə, 2017-ci ildə 1006-a, 2018-ci ildə 1005-ə, 2019-cu ilin əvvəlində isə 1003-ə enib.

Ümumilikdə ölkədə kişilərə düşən qadınların sayının azalmasına baxmayaraq, yaş qrupları üzrə müəyyən fərq müşahidə edilir.

Belə ki, son iki ildə ölkədə 29 yaşadək kişilərə düşən qadınların sayı az olsa da, sonrakı yaş qruplarında qadınların sayı kişiləri üstələyib.

Son 2 ildə Azərbaycanda 29 yaşadək hər 1000 nəfər kişiyə 1000-dən az qadın düşüb. Başqa sözlə desək, son iki ildə yaşı 29-dək olan hər bir kişiyə bir qadın düşməyib.

Lakin 30 yaşdan sonra bu məsələ ilə bağlı vəziyyət dəyişib və hər 1000 kişiyə düşən qadınların sayı 1000-dən çox olub.

Ölkədə hər 1000 kişiyə düşən qadınların sayının çoxluğu daha çox 70 və yuxarı yaşlı kişilər arasında qeydə alınır. Bu yaşda olan hər 1000 kişiyə 1462 qadın (2019-cu ilin əvvəlinə olan məlumata əsasən) düşür ki, bu da bütün yaş qrupları üzrə ən yüksək göstəricidir.

Xəbər 1454 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +