QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib


26.02.2024  18:26 

Sabah bu rayonun qaz təchizatında fasilə yaranacaq





A+  A-

Saatlı rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəzərnews.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, "Saatlı" ölçü qovşağından qidalanan qaz kəmərinə və onun üzərində quraşdırılmış avadanlıqlara "Təmiz Qaz" QSC tərəfindən texniki baxış keçirilərkən qaz kəməri üzərində quraşdırılmış "Şəhər kollektoru"nun əlaqələndirici hissələrinin qaynaq və yivli birləşmələrində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı 27.02.2024-cü il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Saatlı rayonunun bir hissəsinin (Saatlı şəhərinin böyük hissəsi, Novruzlu qəsəbəsi, Novruzlu, Bəylik, Mustafabəyli, Qıraqlı, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli kəndləri və 66 qeyri-yaşayış sahəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər 575 dəfə oxunub.




11.07.2024  12:21 

Məşhur aktyor Şuşada -Foto

10.07.2024  17:32 

Ozan Akbaba Bakıya gəlib -Foto

10.07.2024  17:16 

Hüseyn Həsənov Rusiyadan qaçıb


BÜTÜN XƏBƏRLƏR +