Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


27.01.2021  10:08 

“Vəkilliyimizi monstr təşkilat kimi təqdim edirlər” - Anar Bağırov





A+  A-

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bəzi dairələrin onlara qarşı kampaniya apardığını bildirib.
XəzərNews.az xəbər verir ki, A.Bağırovun sözlərinə görə, Azərbaycan vəkilliyinin uğurları, vəkillərin həqiqi birliyi bəzi dairələri çox narahat edir: “Görəsən bunun səbəbi nədir? Deməli, xaricdə bəzi dairələr son 10 ildə Vəkillər Kollegiyası ilə hüquqi mübahisəsi olan bir neçə hüquqşünasın rəyi ilə qərəzli qara PR kampaniyası aparırlar, bizə qarşı əsas ittihamlardan biri kimi 2018-ci ildən nümayəndəlik institutunun məhdudlaşdırılmasını belə göstərirlər.

Azərbaycan vəkilliyini bir monstr təşkilat kimi təqdim edirlər. Real vəziyyəti bilməyən insan fikirləşər ki, Azərbaycanda müstəqil vəkillik heç yoxdur, mövcud deyil. Müstəqil Vəkillər Kollegiyasının qanuni və legitim qaydada seçilən sədri kimi, vəkillərimiz adından bu cür cəhdləri şiddətlə qınayıram, şanlı ölkə vəkilliyinə və vəkillərinə hörmətsizlik və sayğısızlıq kimi qəbul edirəm.

Vəkillik sahəsində vəziyyətin həqiqətən də ağır olduğu dövrdə, bir peşə birliyi kimi vəkilliyin mövcudluğu hiss olunmayan illərdə bu təşkilatlar harada və nə ilə məşğul idilər, niyə susurdular?”

Qeyd edək ki, daha öncə Ali Məhkəmənin sədri Ramiz Rzayev də VK-yə məktub göndərərək ümumilikdə vəkillərin fəaliyyətindən narazılığını bildirib və bəzi vəkillərin düzgün kassasiya şikayəti yaza bilmədiyini qeyd etmişdi. Bunun cavabında A.Bağırov hakimlərin də səhv qərarlar çıxardığını xatırlatmışdı.

Xəbər 4016 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +