Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


28.12.2019  12:08 

Gələn il vəkillərin sayı 2 mindən artıq olacaq





A+  A-

Azərbaycanda vəkillərin sayı artır.
XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, hazırda vəkilliyə maraq artmaqdadır: "2008-ci ilə qədər ölkədə cəmi 900 nəfər vəkil var idi. Son 2 il ərzində isə 800 hüquqşunas vəkilliyə qəbul olunub. Hazırda qəbul prosesi davam edir. 200-dən artıq hüquqşünas namizədimiz şifahi müsahibə mərhələsindədir. Yanvarın 31-də həmin namizədlər üçün yazılı imtahan keçiriləcək. Bu gün vəkilliyə böyük axın var. Hüquqşünaslar kütləvi şəkildə vəkilliyə sənəd verir. Bu sahəyə o qədər maraq var ki, imtahanları çatdıra bilmirik. Bu da onunla əlaqədardır ki, ölkədə güclü və nüfuzlu vəkilliyin əhəmiyyəti dövlət başçısı tərəfindən xüsusilə qeyd olunur. Hətta dövlət qurumlarında çalışan hüquqşünaslar da vəkilliyi seçirlər. Əminəm ki, gələn ilin ortalarına qədər ölkədə vəkillərin sayı 2 min nəfəri keçəcək. Bu artım davam edir".

A.Bağırov qeyd edib ki, artıq regionlarda da vəkillərin sayı artmaqdadır:

"Bu məsələ uzun illər böyük problem olub. Əminəm ki, vəkillərin sayı artdıqca aztəminatlı, imkansız, hüquqi yardıma ehtiyacı olan şəxslər hüquqi yardım üzrə rastlaşdığı problemlərlə bağlı düzgün ünvana müraciət edəcəklər və öz hüquqlarını sivil qaydada müdafiə edəcəklər".

Xəbər 3246 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +