Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


17.02.2017  10:45 

Nazirlər Kabineti ləğv olunacaq? - Artur Rasizadənin son hesabatı





A+  A-

 

Azərbaycan hökuməti adından baş nazir Artur Rasizadə mart ayında Milli Məclisə hesabat verəcək. Böyük ehtimalla bu A. Rasizadənin baş nazir kimi son hesabatı olacaq.

XəzərNews.az xəbər verir ki, bu haqda “Yeni Müsavat” qəzeti yazıb. Qəzetin xəbərinə görə, mart ayında Artur Rasizadənin baş nazir kimi qalıb-qalmaması, ümumiyyətlə, Nazirlər Kabinetinin tərkibi ilə bağlı məsələlərə birdəfəlik aydınlıq gələcək: “Fevralın 26-da 83 yaşı olacaq Rasizadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün indiyə qədər iki dəfə ölkə rəhbərliyinə müraciət etdiyi bildirilir. Ölkə rəhbərliyinin isə ona bir qədər də gözləməyi tövsiyə elədiyi, başlanan struktur islahatlarının mərhələli şəkildə davam etdiyi və prosesin gedişində baş nazir məsələsinin də aydınlaşacağının çatdırıldığı qeyd edilir”.

Xəbərdə vurğulanır ki, vitse-prezidentlərin təyinatından sonra baş nazir postunun və ümumiyyətlə, Nazirlər Kabinetinin hazırkı şəkildə saxlanmasının əhəmiyyəti qalmaya bilər. Hətta mümkündür ki, baş nazir vəzifəsi ləğv edilsin. Belə olduğu halda Artur Rasizadə Azərbaycanın həm vəzifəcə (23 ilə yaxın), həm yaşca ən uzun ömürlü baş naziri olmaqla yanaşı, sonuncu baş naziri kimi də tarixə düşəcək. Bu həm də o demək olacaq ki, Artur müəllimin baş nazir vəzifəsindən azad edilməsi barədə prezident fərmanı olmaya bilər. İslahatlar dalğasında baş nazir vəzifəsi də, nəqliyyat naziri vəzifəsi kimi sıradan çıxacaq.

 

 



Xəbər 10022 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +