“Kapital Bank”ın vaxtı keçmiş kreditləri artıb
Kursdan çıxan PUA Rostovda yaşayış binasına çırpılıb
Əsir mübadiləsi: 84 ukraynalı vətənə qayıdıb
Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
Qışda ƏT bahalaşacaq...- Səbəb?
Azərbaycanlılar Rusiyadan deportasiya edildi
Təhsil haqqı 2 min manat artırıldı
Afaq Bəşirqızı təltif edildi
Sabah hava necə olacaq?
Narkotik satan qardaşlar tutulub


11.08.2025  13:43 

Sabah Bakıda və rayonlarda yağış yağacaq





A+  A-

Milli Hidrometeorologiya Xidməti avqustun 12-nə olan hava proqnozunu açıqlayıb.

XəzərNews.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-24, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək. pizza hut

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Xəbər 764 dəfə oxunub.



14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub

14.08.2025  10:34 

Rusiyaya dron hücumu edilib


BÜTÜN XƏBƏRLƏR +