Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


28.07.2025  16:37 

Səsyazısı yayılan direktora töhmət verildi





A+  A-

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparıb. Monitorinq nəticəsində bir sıra nöqsanlar aşkar edilib.

Əmək funksiyası üzrə vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Asif qızı Əliyevaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tədbirinin tətbiq ediləcəyi nəzərə çatdırılıb.

Qeyd edək ki, təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.

Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddialar yayılmışdı.

İddiaya görə, Afaq Əliyeva məktəbin müəllimi Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə vadar edir.



Xəbər 476 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +