Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


21.10.2023  22:34 

Biz davamlı sülh istəyirik -Türkiyə XİN





A+  A-

"Bu problemi beynəlxalq hüquq normalarına uyğun həll edə bilmirik. Qarşılaşdığımız ancaq ümumbəşəri dəyərlərin aşınması və yerdəki faktların təhrif olunmasıdır. İsrail bu sistem səhvindən istifadə edir, Qüdsdə Məscidül-Əqsa, müsəlman və xristianların müqəddəs dəyərlərinə hörmət etmir".

Xəzərnews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirdə keçirilən Dövlət və Hökumət Başçıları Zirvə toplantısında deyib.

Nazir qeyd edib ki, Türkiyə fələstinlilərin əzabının davam etməsinə heç vaxt icazə verməyəcək: "Biz davamlı sülh istəyirik. Biz doğrudan da tarixi dönüş nöqtəsindəyik. Fələstinlilərin iztirablarının davam etməsinə heç vaxt icazə verməyəcəyik.

Sülh 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olmaqla, suveren Fələstin Dövlətinin yaradılması ilə mümkündür. Bu, həm də beynəlxalq təhlükəsizliyə və sabitliyə töhfə verəcək. Düşünürəm ki, hamımız bununla razılaşırıq. Amma razılaşmaq kifayət deyil, biz bundan kənara çıxmalı və bu baxışı həyata keçirməliyik.

Eyni zamanda biz təminat mexanizmlərini də tətbiq etməliyik. Biz hər iki tərəfin ədalətli sülh üçün zəruri olan öhdəliklərini yerinə yetirməsini təmin etməliyik. Türkiyə bu konsepsiyanı inkişaf etdirmək üçün addımlar atır və bölgədəki hər kəs üçün ədalətli, təhlükəsiz və layiqli gələcək təmin etmək üçün çalışır. İndi bunun vaxtıdır".


Xəbər 2766 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +