Rus ordusu Pokrovskda irəliləyib
Gürcüstanda azərbaycanlı məktəbliyə xəsarət yetirilib
Xarkovda güclü partlayışlar
Bu ölkədə güclü zəlzələ
Ceyhun Bayramov və Hakan Fidan görüşüb
Putin və Netanyahu arasında telefon danışığı olub
TƏBİB-in əməkdaşı bıçaqlandı
Bu rayonlarda altı ay ərzində heç bir iş yeri açılmayıb
Tokayev Azərbaycana səfərə gəldi
Gilan Kərpic Zavodunda ölüm...


13.04.2023  12:41 

“Main MTK“ yaşayış olan binanın 20-ci mərtəbəsini necə tikir?





A+  A-

Bakıda istifadədə olan yaşayış binasının damında əlavə mərtəbə tikilir. Layihədə 19 mərtəbəlidir, amma indi 20-ci mərtəbə də tikilir. Bu iddia ilə Bakıda çoxmərtəbəli binalardan birinin sakinləri çıxış edib.

Məlumat üçün bildirək ki, ``Main" MTK-nın 2012-ci ildə inşasına başladığı və 2015-ci ildə təhvil verdiyi bina Yasamal rayonunda, Bakı dairəvi yolunun kənarında yerləşir. Sakinlər bildirir ki, şirkət 80-dən çox ailənin yaşadığı binanın damını satıb və orada qanunsuz tikinti işləri aparılır.

Sosial şəbəkədə yayılan görüntülərdən də məlum olur ki, damda söküntü işləri aparılıb və çıxan tullantılar da qalaq-qalaq yığılıb.

Maraqlıdır, layihə 19 mərtəbəli olduğu halda əlavə mərtəbənin tikintisi nə dərəcədə düzgündür? Belə olan halda həmin binanın bünövrəsi, dayaqları zəifləmir?

Təhlükəsizlik sahəsi üzrə ekspert Zaur Qasımov bildirdi ki, bina hansısa layihə üzərində tikilib yekunlaşıbsa, o layihəyə sonradan dəyişiklik etmək olmaz. Lakin layihədə binanın 19 mərtəbədən ibarət olması nəzərdə tutulubla, bunun üçün müvafiq sərəncam alınıbsa və bina 15-16 mərtəbədən ibarətdirsə, bu halda sonradan mərtəbə sayını artırmaq olar. Lakin bu zaman da bəzi nüanslara diqqət yetirmək lazımdır: “Aidiyyatı orqanlar tərəfindən binaya baxış keçirilməlidir. Binanın bünövrəsinin, karkaslarının neçə mərtəbəyə uyğun gəldiyi yoxlanılmalıdır. Bundan sonra binada mərtəbə sayını artırmağa zərurət yaranarsa, artırmaq olar. Yəni bunun üçün ciddi əsaslar olmalıdır. Yox əgər binaya layihədə nəzərdə tutulduğundan əlavə mərtəbə artırılırsa, bu düzgün deyil. Əlavə tikinti işlərinin aparılması binanın bünövrəsinə, ağırlığına problem yaradır. Bundan əlavə, orada yaşayan sakinlər üçün də narahatlığa səbəb olur. Orada yaşayan sakinlərə mülkiyyət hüququ verilibsə, onların icazəsi olmadan binada heç bir tikinti işi aparıla bilməz. Sakinlər istəsələr, dərhal ərazidə tikintini dayandıra bilərlər. Çünki cari tikinti binanın gələcəyi üçün də təhlükəli ola bilər. Həmçinin, bu vəziyyət binaya giriş-çıxış zamanı da müəyyən təhlükə yarada bilər”.

Həmsöhbətimizin sözlərinə görə, binalar tikilərkən müəyyən norma daxilində tikilir. Sonradan artırmalar isə əlavə yükdür. Bu hal həm ümumi görünüşə xələl gətirir, həm də binanın təhlükəsizliyi sual altında qalır. Yaşayış binasına əlavə dəyişiklik edilərsə, bunun üçün müvafiq qurumların rəyi olmalıdır./bakı-xeber

Xəbər 2711 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  02:04 

Rus ordusu Pokrovskda irəliləyib

07.10.2025  00:02 

Xarkovda güclü partlayışlar

07.10.2025  00:00 

Bu ölkədə güclü zəlzələ

06.10.2025  17:37 

Gilan Kərpic Zavodunda ölüm...

06.10.2025  17:07 

Hülya Avşar yeni imicdə -FOTOLAR

06.10.2025  17:04 

Sabah bu ərazidə qaz olmayacaq

06.10.2025  16:20 

Məşhur futbolçunu ayı qovaladı

06.10.2025  15:58 

Rusiya Ukrayna raketini vurdu


BÜTÜN XƏBƏRLƏR +