Gürcüstan DİN-nə çağırış edildi
Şad Xəbər: Bu şəxslərə ev veriləcək
Qazaxıstan Rusiyaya hücum edib?
Əhaliyə şad xəbər: Bitdi...
Azərbaycanlı şairin vəziyyəti ağırlaşdı -FOTO
Cüdoçularımız finala vəsiqə qazandı
Sərnişin qatarına hücum etdilər, yaralılar var -VİDEO
Fabrikdə partlayış, ölənlər var
Tanınmış aktyor vəfat etdi -FOTO
İlham Əliyev bu işçilərlə bağlı sərəncam imzaladı


03.10.2022  10:07 

Nazirlər arasında ikitərəfli görüş keçirilib





A+  A-

2 oktyabrda Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

XəzərNews.az XİN-ə istinadən xəbər verir ki, görüş 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Nazir Ceyhun Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.

Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.

Humanitar məsələlərə toxunan nazir, o cümlədən, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub.

Xəbər 6537 dəfə oxunub.




04.10.2025  15:47 

Qazaxıstan Rusiyaya hücum edib?

04.10.2025  15:23 

Əhaliyə şad xəbər: Bitdi...

04.10.2025  12:47 

Sabahın havası açıqlandı

04.10.2025  12:07 

Tanınmış aktyor vəfat etdi -FOTO

04.10.2025  11:54 

Prezident fərman imzaladı

04.10.2025  11:02 

Kür çayında bir nəfər batıb

04.10.2025  10:07 

Hava limanı bağlandı

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +