7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


11.09.2021  15:12 

16 yaşlı qızı oğurlayan 3 nəfər tutuldu





A+  A-

İmişli rayonunda 16 yaşlı qızı oğurlayan 3 nəfər saxlanılıb.
XəzərNews.az xəbər verir ki, hadisə sentyabrın 10-u saat 19 radələrində rayonun Cavadxanlı kəndində baş verib.

Xəlfəli kənd sakinləri - 2001-ci il təvəllüdlü Sahil Qurbanov, 1989-cu il təvəllüdlü Zaməddin Ağayev, 1991-ci il təvəllüdlü Baba Ağayev və Fərid adlı şəxs Cavadxanlı kənd sakini, 2005-ci il təvəllüdlü K.M-in yaşadığı evə girərək onu evlənmək məqsədilə zorla oğurlayıblar.

Hadisəni törədən S.Qurbanov, B.Ağayev və Z.Ağayev saxlanılıb. 16 yaşlı K.M isə ailəsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlamaq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Xəbər 3600 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +