7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


09.09.2021  12:23 

İcbari tibbi sığorta sahəsində araşdırmalar başladı





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti icbari tibbi sığorta xidmətləri bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair araşdırmalara başlayıb.
XəzərNews.az xəbər verir ki, məqsəd təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən hallarının qarşısının alınmasıdır.

Araşdırmalar “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs tərəfindən Dövlət Xidmətinə təqdim edilən bir sıra sənəd və məlumatlara əsasən, özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır.

Xəbər 4380 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +