7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


10.04.2021  11:09 

İlin sonuna kimi mütəmadi reydlər keçiriləcək - Sürücülərə müraciət





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək aprel ayından ilin sonunadək müntəzəm reydlərin keçiriləcəyini elan edib.
İdarədən XəzərNews.az-a daxil olan məlumatda qeyd edilir ki, daxili işlər orqanları tərəfindən cəmiyyətdə geniş yayılmış və insanlarda narazılıq doğuran hüquqpozmaların qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri barədə maarifləndirilməsi məqsədilə nəzarət-profilaktiki reydlərin təşkili nəzərdə tutulub.

Cari ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılan reydlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısının alınması tədbirlərini, həmçinin də xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirləri əhatə edəcək.

DİN-in Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması ilə yanaşı vətəndaş məmnunluğunun, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği və maarifləndirmə işinə töhfə verəcək preventiv tədbirlərdə aktiv iştirakçılığa dəvət edib: “Zənn edirik ki, keçirilən bu tədbirlər yol qəzalarının sayının azaldılmasında əhəmiyyətli rol oynayacaq”.

Xəbər 4159 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +