Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


26.02.2021  16:25 

“Biz hər hansı bir çevrilişə qarşıyıq” - Ərdoğan





A+  A-

“Ermənistanda hökuməti ordu yox, xalq dəyişməlidir”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistandakı daxili siyasi vəziyyəti şərh edərkən deyib.

“Biz hər hansı bir çevrilişə qarşıyıq. Ordunun siyasətə müdaxilə etməsi qəbuledilməzdir. Hökuməti dəyişdirmək lazımdırsa, bunu erməni xalqının sərəncamına vermək lazımdır. İnsanlar onsuz da Paşinyanı özləri devirmək iqtidarındadır, ancaq mövzu hərbi çevrilişdirsə, buna münasibətimiz fərqlidir”,- deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı 25 fevralda bir bəyanat yayımlayaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb etmişdi. Bundan sonra isə Paşinyan Baş qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi ilə bağlı Prezident Armen Sarkisyana vəsatət göndərmişdi.

Prezident hələ ki, Baş nazirin təqdim etdiyi sənədi imzalamayıb.

Ermənistan müxalifəti isə öz növbəsində, parlament binası yaxınlığında çadırlar quraraq müddətsiz etiraz aksiyalarının başladığını elan edib.

Xəbər 3422 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +