7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


18.01.2021  15:54 

İngiltərə ilə Almaniya da Navalnının həbsini qınadı





A+  A-

Böyük Britaniya və Almaniya rus müxalif siyasətçi Aleksey Navalnının saxlanılması ilə bağlı rəsmi Moskvanı tənqid edənlər sırasına daxil olub.
XəzərNews.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Heiko Maas Rusiya hökumətini bu addımına görə qınayıb.

Navalnının sağaldıqdan sonra Rusiyaya dönmək üçün şüurlu şəkildə qərar verdiyini söyləyən nazir “Rus səlahiyyətlilərin gəldiyi anda onu həbs etməsi tamamilə anlaşılmazdır. Rusiya öz konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq qanunun aliliyini və vətəndaş hüquqlarının qorunmasını təmin etməlidir. Əlbəttə, bu prinsiplər Aleksey Navalnıya da tətbiq olunmalıdır. Navalnı dərhal sərbəst buraxılmalıdır”, - deyə bildirib.

Maas Navalnını zəhərləyənlərin tam araşdırılması və günahkarların ədalət mühakiməsinə çıxarılması üçün Rusiyanın əlindən gələni edəcəyini gözlədiklərini qeyd edib.

İngiltərə XİN rəhbəri Dominik Raab isə “Alçaqcasına cinayətin qurbanı olan Aleksey Navalnının Rusiya səlahiyyətliləri tərəfindən tutulması qorxuncdur. O, dərhal sərbəst buraxılmalıdır”,-deyə bildirib.

Xəbər 3384 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +